Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında, Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında, Sosial xidmət haqqında, Uşaqların icbari dispanserizasiyası haqqında, Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, İctimai iştirakçılıq haqqında, Yaşıllıqların mühafizəsi haqqında, Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında, Qiymətli kağızlar bazarı haqqında və Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 812-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamədə, 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı ilə təsdiq edilmiş Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında", "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında", "Sosial xidmət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", "İctimai iştirakçılıq haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında", "Qiymətli kağızlar bazarı haqqında" və "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 812-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 2, maddə 87; 2015, ¹ 8, maddə 910; 2016, ¹ 8, maddə 1384; 2017, ¹ 3, maddə 377, ¹ 10, maddə 1778; 2018, ¹ 10, maddə 2001; 2019, ¹ 5, maddə 857; 2020, ¹ 6, maddə 707; 2021, ¹ 5, maddə 450; 2022, ¹ 7, maddə 754, ¹ 8, maddələr 844, 881) ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə"nin 3.4.14-cü yarımbəndinin ikinci cümləsində "kütləvi informasiya vasitələrində" sözləri "mediada" sözü ilə əvəz edilsin və həmin yarımbəndin 4-cü abzası aşağıdakı redaksiyada verilsin:

"4. media subyektinin adı, məlumatın yayılma tarixi;".

2. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, ¹ 6 (I kitab), maddə 590, ¹ 12, maddə 1405; 2022, ¹ 10, maddə 1135) ilə təsdiq edilmiş "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi"nin 3.1.20-ci yarımbəndində "verilişlərinin" sözü "proqramlarının" sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında", "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi səmərəli istifadəsi haqqında", "Sosial xidmət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi sahibkarların maraqlarının müdafiəsi haqqında", "İctimai iştirakçılıq haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında", "Qiymətli kağızlar bazarı haqqında" "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 812-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 aprel 2023-cü il

 

Azərbaycan.- 2023.- 9 aprel.- S.10.