Azərbaycan Respublikası Prezidentinin Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2000-ci il 8 fevral tarixli 277 nömrəli, Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında 2002-ci il 11 may tarixli 699 nömrəli, Milli TeleviziyaRadio Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə 2002-ci il 5 oktyabr tarixli 795 nömrəli, Televiziyaradio yayımı haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında 2005-ci il 11 aprel tarixli 220 nömrəli, Televiziyaradio yayımı haqqında Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında 2005-ci il 3 iyun tarixli 245 nömrəli və Televiziyaradio yayımı haqqında Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında 2009-cu il 24 iyun tarixli 104 nömrəli fərmanlarının ləğv edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Media haqqında" Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 2, maddə 92; 2003, ¹ 10, maddə 585; 2004, ¹ 1, maddə 24; 2008, ¹ 5, maddə 359; 2009, ¹ 8, maddə 627; 2014, ¹ 5, maddə 477, ¹ 9, maddə 1027; 2015, ¹ 11, maddə 1312; 2016, ¹ 4, maddə 675, ¹ 8, maddə 1384; 2017, ¹ 8, maddə 1521; 2019, ¹ 2, maddə 230, ¹ 3, maddə 393) ləğv edilsin.

2. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 may tarixli 699 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 5, maddə 266) ləğv edilsin.

3. "Milli TeleviziyaRadio Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 oktyabr tarixli 795 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 10, maddə 591; 2005, ¹ 3, maddə 173, ¹ 4, maddə 295; 2008, ¹ 10, maddə 888; 2009, ¹ 2, maddə 78; 2010, ¹ 3, maddə 189; 2011, ¹ 2, maddə 79; 2015, ¹ 2, maddə 118, ¹ 9, maddə 993; 2018, ¹ 5, maddə 949; 2020, ¹ 5, maddə 539, ¹ 6, maddə 715) ləğv edilsin.

4. "Televiziyaradio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 11 aprel tarixli 220 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 4, maddə 295; 2007, ¹ 8, maddə 766, ¹ 11, maddə 1114) ləğv edilsin.

5. "Televiziyaradio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 245 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 6, maddə 482) ləğv edilsin.

6. "Televiziyaradio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 104 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 6, maddə 416; 2015, ¹ 9, maddə 994) ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 aprel 2023-cü il

 

Azərbaycan.- 2023.- 9 aprel.- S.10.