Azərbaycanın
və İranın xarici işlər nazirləri arasında
telefon danışığı olub
Aprelin 7 və 8-də Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə
İran İslam Respublikasının xarici işlər naziri
Hüseyn Əmir Abdullahian arasında telefon
danışığı olub.
Azərbaycan Respublikasının
Xarici İşlər Nazirliyindən verilən məlumata
görə, tərəflər qarşılıqlı şəkildə
hər iki ölkənin ərazi bütövlüyü və
suverenliyinə hörmətlə yanaşdıqlarını
bildiriblər.
Telefon danışığı
zamanı, iki ölkə arasında mövcud olan
narazılıq və anlaşılmazlıqlarla bağlı
müfəssəl müzakirə aparılıb.
Anlaşılmazlıqların aradan qaldırılması üçün
danışıqların davam etdirilməsinin vacibliyi
vurğulanıb.
Azərbaycanla İran arasında
mövcud olan layihələrin icrası istiqamətində
iş aparılmasına dair razılıq ifadə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın
milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil
xarici siyasətinə və region ölkələri ilə
ikitərəfli münasibətlərinə hörmətlə
yanaşılmasının vacib olduğunu diqqətə
çatdırıb.
Nazirlər qarşılıqlı
təmasların davam etdirilməsinin vacib olduğunu qeyd ediblər.
Azərbaycan
- 2023.- 9 aprel.- S.2.