Dövlət qulluğu haqqında
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikasının 2023-cü il 24
fevral tarixli 825-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan
Respublikası Prezidentinin Dövlət qulluğu haqqında Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə 2000-ci il 29 dekabr tarixli 435
nömrəli, Dövlət orqanlarında dövlət
qulluqçularına ixtisas dərəcələrinin verilməsi
Qaydalarının təsdiq edilməsi barədə 2001-ci il 3
sentyabr tarixli 569 nömrəli, İnzibati və yardımçı
vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi
haqqında 2003-cü il 4 avqust tarixli 911 nömrəli,
Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin təsdiq
edilməsi barədə 2012-ci il 6 iyun tarixli 648 nömrəli
və Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi
ilə müsahibə keçirilməsi Qaydasının təsdiq
edilməsi haqqında 2017-ci il 21 iyun tarixli 1480 nömrəli
fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini
rəhbər tutaraq, "Dövlət qulluğu
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının
2023-cü il 24 fevral tarixli 825-VIQD nömrəli Qanunununqüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin
etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Dövlətqulluğu
haqqında" Azərbaycan Respublikası Qanununun1.1.11-ci,
7.3-cü maddələrində, 13.5-ci maddəsinin ikinci
cümləsində (hər iki halda), 15-3.2-ci, 15-3.3-cü,
22.3-cü, 31-1.1-ci, 31-1.4-cü maddələrində və
32.5-ci maddəsinin ikinci cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının Prezidenti həyata
keçirir;
1.2. həmin Qanunun 1.1.11-ci, 7.3-cü,
15-3.3-cü və 22.3-cü (Azərbaycan Respublikasının
diplomatik nümayəndəlikləri və
konsulluqları,habelə digər dövlət
orqanlarının xarici ölkələrdə fəaliyyət
göstərən nümayəndəlikləri istisna olmaqla)
maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan
Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin
Qanunun 29.13-cü maddəsində (birinci halda) nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Bakı Şəhər İcra Hakimiyyəti
başçısının müavinlərinə münasibətdə
Azərbaycan Respublikasının Prezidenti, digər yerli icra
hakimiyyəti başçılarının müavinlərinə
münasibətdə isə müvafiq yerli icra hakimiyyətlərinin
başçıları həyata keçirirlər;
1.4. həmin
Qanunun 29.13-cü maddəsində (ikinci halda) nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Bakı Şəhər İcra Hakimiyyəti
başçısının müavinləri istisna olmaqla digər
yerli icra hakimiyyəti başçılarının
müavinlərinə münasibətdə Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri həyata
keçirir;
1.5. həmin Qanunun
31-1.1-ci, 31-1.4-cü maddələrində və 32.5-ci maddəsinin
ikinci cümləsində nəzərdə tutulmuş
orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.6. həmin Qanunun 13.5-ci maddəsinin
ikinci cümləsində (birinci halda) və 22.3-cü (Azərbaycan
Respublikasının diplomatik nümayəndəlikləri və
konsulluqları, habelə digər dövlət
orqanlarının xarici ölkələrdə fəaliyyət
göstərən nümayəndəliklərinə
münasibətdə)maddəsində "orqan (qurum)"
dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə
tutulur;
1.7. həmin
Qanunun 15-3.2-ci maddəsində "orqan (qurum)" dedikdə
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi
nəzərdə tutulur;
1.8. həmin
Qanunun 13.5-ci maddəsinin ikinci cümləsində (ikinci halda)
"orqan (qurum)" dedikdə Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
2.1. "Dövlət qulluğu
haqqında" Azərbaycan Respublikası Qanununun 7.3-cü
maddəsinə uyğun olaraq, dövlət orqanlarının
struktur qurumlarında onlara həvalə edilmiş funksiyalar nəzərə
alınmaqla təminedici və yardımçı struktur
bölmələrin siyahısıilə bağlı təkliflərini
iki ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.2. həmin
Qanunun 15-3.3-cü maddəsinə uyğun olaraq, dövlət
qulluqçuları reyestrinin aparılması qaydası ilə
bağlı təkliflərini iki ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
2.3. həmin Qanunun 31-1.1-ci və
31-1.4-cü maddələrinə uyğun olaraq, dövlət
qulluqçusunun rotasiyası qaydasını, rotasiya
qaydasında yaşadığı inzibati ərazi vahidindən
kənarda vəzifəyə təyin olunan dövlət
qulluqçularına kompensasiya və birdəfəlik ödəniş
verilməsi qaydasını üç ay müddətində
Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla təsdiq etsin;
2.4. həmin
Qanunun 32.5-ci maddəsinin ikinci cümləsinə uyğun
olaraq, dövlət qulluqçusunun karyera inkişaf
planının hazırlanması qaydasını iki ay müddətində
Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla təsdiq etsin;
2.5. "Dövlət qulluğu
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının
2023-cü il 24 fevral tarixli 825-VIQD nömrəli
Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
3. "Dövlət qulluğu
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 1,
maddə 28; 2002, ¹ 8, maddə 495; 2005, ¹ 12, maddə 1111; 2007, ¹
12, maddə 1241; 2008, ¹ 5, maddə 363; 2010, ¹ 2, maddə 80; 2017,
¹ 8, maddə 1518; 2018, ¹ 2, maddə 170, ¹ 11, maddə 2249; 2019, ¹
1, maddə 75, ¹ 8, maddə 1403; 2020, ¹ 1, maddə 7, ¹ 7, maddə
871, ¹ 11, maddə 1348, ¹ 12(I kitab), maddə 1480; 2021, ¹ 7, maddə
732, ¹ 8, maddə 911, ¹ 9, maddə 982; 2022, ¹ 4, maddə 303; Azərbaycan
Respublikası Prezidentinin 2023-cü il 12 yanvar tarixli 1962
nömrəli və 14 yanvar tarixli 1979 nömrəli fərmanları)
aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.1-ci bənddə "5.2-ci maddəsinin
ikinci cümləsində" sözləri "1.1.11-ci maddəsində,
5.2-ci maddəsinin ikinci cümləsində, 7.3-cü maddəsində"
sözləri ilə, "12.2-ci maddəsinin ikinci cümləsində"
sözləri "13.5-ci maddəsinin ikinci cümləsində
(hər iki halda)" sözləri ilə, "17.5-ci maddəsində"
sözləri "17.5-ci, 22.3-cü maddələrində"
sözləri ilə, "və 30-1.13-cü maddələrində"
sözləri ", 30-1.13-cü, 31-1.1-ci, 31-1.4-cü maddələrində,
32.5-ci maddəsinin ikinci cümləsində" sözləri
ilə əvəz olunsun və həmin bəndə "15-2.3-cü"
sözlərindən sonra ",15-3.2-ci, 15-3.3-cü"
sözləri əlavə edilsin;
3.2. 3.1-1-ci bənddə "5.2-ci
maddəsinin ikinci cümləsində, 17.4-3-cü maddəsinin
ikinci cümləsində" sözləri "1.1.11-ci maddəsində,
5.2-ci maddəsinin ikinci cümləsində, 7.3-cü, 15-3.3-cü
maddələrində, 17.4-3-cü maddəsinin ikinci cümləsində,
22.3-cü (Azərbaycan
Respublikasının diplomatik nümayəndəlikləri və
konsulluqları, habelə digər dövlət
orqanlarının xarici ölkələrdə fəaliyyət
göstərən nümayəndəlikləri istisna olmaqla)
maddəsində" sözləri ilə əvəz edilsin;
3.3. aşağıdakı
məzmunda 3.1-2-3.1-4-cü bəndlər əlavə edilsin:
"3.1-2. həmin Qanunun 29.13-cü
maddəsində (birinci halda) nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Bakı Şəhər İcra Hakimiyyəti
başçısının müavinlərinə münasibətdə
Azərbaycan Respublikasının Prezidenti, digər yerli icra
hakimiyyəti başçılarının müavinlərinə
münasibətdə isə müvafiq yerli icra hakimiyyətlərinin
başçıları həyata keçirirlər;
3.1-3. həmin Qanunun 29.13-cü maddəsində
(ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Bakı Şəhər
İcra Hakimiyyəti başçısının müavinləri
istisna olmaqla, digər yerli icra hakimiyyəti
başçılarının müavinlərinə
münasibətdə Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri həyata keçirir;
3.1-4. həmin Qanunun 15-3.2-ci maddəsində
"orqan (qurum)" dedikdə Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası və Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə
tutulur;";
3.4. 3.2-1-ci və 3.2-2-ci bəndlər
aşağıdakı redaksiyada verilsin:
"3.2-1. həmin Qanunun13.5-ci maddəsinin
ikinci cümləsində (birinci halda), 22.3-cü (Azərbaycan
Respublikasının diplomatik nümayəndəlikləri və
konsulluqları, habelə digər dövlət
orqanlarının xarici ölkələrdə fəaliyyət
göstərən nümayəndəliklərinə
münasibətdə), 22.7-2-ci maddələrində, 28.5-ci
maddəsinin ikinci hissəsinin ikinci cümləsində,
28.12-ci maddəsininüçüncühissəsində,
29.3-cümaddəsinin birinci hissəsininüçüncücümləsində
və 30-1.13-cümaddəsində"orqan (qurum)"dedikdə
Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə
tutulur;
3.2-2. həmin Qanunun 31-1.1-ci,
31-1.4-cü maddələrində və 32.5-ci maddəsinin
ikinci cümləsində nəzərdə tutulmuş
orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir;";
3.5. 3.3-cü və 3.23-cü bəndlər
ləğv edilsin;
3.6. 3.20-ci bəndə
"yuxarı" sözündən sonra "kateqoriya"
sözü əlavə edilsin;
3.7. 3.21-1-ci bəndə
"Qanunun" sözündən sonra "13.5-ci maddəsinin
ikinci cümləsində (ikinci halda)," sözləri əlavə
edilsin;
3.8. 3.22-4-cü bənddə
"birinci cümləsində (ikinci halda)" sözləri
"birinci cümləsində" sözləri ilə əvəz
edilsin.
4. Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 9,
maddə 584; 2003, ¹ 8, maddə 441; 2005, ¹ 11, maddə 1009; 2009, ¹
6, maddə 419; 2010, ¹ 3, maddə 183; 2013, ¹ 12, maddə 1506;
2015, ¹ 2, maddə 120; 2020, ¹ 12 (I kitab), maddə 1480; 2021, ¹ 3,
maddə 221, ¹ 8, maddə 906; Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il 1 fevral tarixli 2014 nömrəli Fərmanı)
ilə təsdiq edilmiş "Dövlət orqanlarında
dövlət qulluqçularına ixtisas dərəcələrinin
verilməsi Qaydaları"nın3-cü hissəsi ləğv
edilsin.
5. Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 8,
maddə 440; 2006, ¹ 3, maddə 229,
¹ 6, maddə 498; 2007, ¹ 2, maddələr 86, 101, ¹ 3, maddələr
217, 227, ¹ 7, maddə 714, ¹ 9, maddə 867, ¹ 10, maddə 948, ¹ 12,
maddə 1242; 2008, ¹ 1, maddə 9, ¹ 3, maddələr 173, 179, ¹
6, maddə 499, ¹ 8, maddələr 717, 723; 2009, ¹ 2, maddə 66,
¹ 6, maddələr 419, 421, 422; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddə
183, ¹ 10, maddə 850; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 11, maddə
1078; 2013, ¹ 3, maddə 236, ¹ 8, maddə 901; 2014, ¹ 9, maddə
1027; 2016, ¹ 5, maddə 854, ¹ 6, maddələr 1029, 1073; 2017, ¹ 5,
maddə 840, ¹ 8, maddələr 1519, 1521; 2018, ¹ 7 (I kitab), maddələr
1445, 1486, ¹ 11, maddə 2287; 2019, ¹ 1, maddə 76, ¹ 4, maddə
655, ¹ 6, maddə 1027, ¹ 7, maddə 1211, ¹ 8, maddə 1405; 2020, ¹
4, maddə 423, ¹ 6, maddə 708; 2021, ¹ 2, maddələr 121, 133,
¹ 7, maddə 744, ¹ 9, maddə 982; 2022, ¹ 1, maddə 27, ¹ 4, maddə
303; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 12 yanvar
tarixli 1962 nömrəli Fərmanı) ilə təsdiq
edilmiş "İnzibati və yardımçı vəzifələrin
Təsnifat Toplusu"nda aşağıdakı dəyişikliklər
edilsin:
5.1.
1.1-ci bənddə "12.1-ci" sözləri
"1.1.11-ci" sözləri ilə əvəz edilsin və
həmin bənddən "və vəzifələrin
tutulması şərtləri" sözləri
çıxarılsın;
5.2. 1.2 - 1.4-cü bəndlər
aşağıdakı redaksiyada verilsin:
"1.2. İnzibati və
yardımçı vəzifələrin Təsnifat Toplusu
dövlət orqanlarında ştat cədvəllərinin
hazırlanması üçün əsasdır.
1.3. Ali kateqoriya dövlət
orqanlarında inzibati və yardımçı vəzifələr
tutan dövlət qulluqçularının həmin dövlət
orqanlarının fəaliyyətini, dövlət qulluğu vəzifəsinin
adını, qulluq funksiyalarını və vəzifənin
tutulması şərtlərini özündə əks etdirən
vəzifə təlimatları həmin orqanların rəhbərləri
tərəfindən təsdiq edilir.
1.4. 1 - 5-ci kateqoriya dövlət
orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına
uyğun olan vəzifələr üzrə vəzifə təlimatları
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən
etdiyi ümumi şərtlərə uyğun olaraq, Azərbaycan
Respublikası Dövlət İmtahan Mərkəzi ilə
razılaşdırılmaqla, müvafiq dövlət
orqanlarının rəhbərləri tərəfindən təsdiq
edilir.";
5.3. 1.5-1.8-ci bəndlər ləğv
edilsin;
5.4. 1.9.23-cü yarımbəndə
"köməkçisi" sözündən əvvəl
"müşaviri və" sözləri əlavə
edilsin;
5.5. 2.1.4-cü yarımbənd üzrə:
5.5.1. 14-cü abzasa "köməkçiləri"
sözündən əvvəl "müşavirləri və"
sözləri əlavə edilsin;
5.5.2. 15-ci abzasdan "Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyası,"
sözləri çıxarılsın və həmin abzasda
"Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
olan icra hakimiyyəti orqanları, Milli Televiziya və Radio
Şurası aparatlarının" sözləri "Azərbaycan
Respublikası Audiovizual Şurası aparatlarının, Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının
Katibliyinin" sözləri ilə əvəz edilsin;
5.6. 2.1.5-ci yarımbənd üzrə:
5.6.1. 5-ci abzasdan "Azərbaycan
Respublikası Mərkəzi Seçki
Komissiyasının," sözləri
çıxarılsın və həmin abzasda "Milli
Televiziya və Radio Şurasının aparatlarında"
sözləri "Azərbaycan Respublikası Audiovizual
Şurasının aparatlarında, Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının Katibliyində"
sözləri ilə əvəz edilsin;
5.6.2. 10-cu abzasda "Milli Televiziya və
Radio" sözləri "Azərbaycan Respublikasının
Audiovizual" sözləri ilə əvəz edilsin;
5.7. 2.1.6-cı yarımbəndin 2-ci
abzasından "Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının," sözləri
çıxarılsın və həmin abzasda "Milli
Televiziya və Radio Şurasının aparatlarında"
sözləri "Azərbaycan Respublikası Audiovizual
Şurasının aparatlarında, Azərbaycan Respublikası
Mərkəzi Seçki Komissiyasının Katibliyində"
sözləri ilə əvəz edilsin;
5.8. 2.3.3-cü yarımbəndin 1-ci
abzasında "və Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının aparatlarında" sözləri
"aparatlarında, Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasının Katibliyində" sözləri
ilə, "Milli Televiziya və Radio" sözləri "Azərbaycan
Respublikası Audiovizual" sözləri ilə əvəz
olunsun, həmin abzasdan "Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında yaradılan icra hakimiyyəti
orqanlarının," sözləri
çıxarılsın.
6. Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 6,
maddə 542; 2013, ¹ 1, maddə 29, ¹ 2, maddə 117, ¹ 3, maddə
246, ¹ 8, maddə 909, ¹ 10, maddə 1155, ¹ 12, maddə 1514; 2014, ¹
5, maddələr 477, 487, ¹ 9, maddə 1027, ¹ 12, maddə 1577;
2015, ¹ 3, maddə 271, ¹ 9, maddə 1005, ¹ 11, maddə 1322, ¹ 12,
maddə 1448; 2016, ¹ 2 (II kitab), maddə 273, ¹ 5, maddələr
859, 864, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1464, ¹ 10, maddə 1647, ¹
11, maddə 1835; 2017, ¹ 3, maddə 353, ¹ 4, maddə 545, ¹ 5, maddə
807, ¹ 8, maddə 1521, ¹ 10, maddə 1797; 2018, ¹ 2, maddələr
191, 215, ¹ 3, maddə 427, ¹ 4, maddə 659, ¹ 7 (I kitab), maddə
1462, ¹ 10, maddə 2017, ¹ 12 (I kitab), maddələr 2538, 2596;
2019, ¹ 3, maddə 406, ¹ 4, maddə 655, ¹ 5, maddələr 820,
826, 848, 852, 857, ¹ 6, maddə 1037, ¹ 12, maddə 1936; 2020, ¹ 1,
maddə 7, ¹ 8, maddə 1039, ¹ 10, maddə 1247; 2021, ¹ 1, maddələr
16, 36, ¹ 6 ( I kitab), maddə 567, ¹ 11, maddə 1211, ¹ 12, maddə
1367; 2022, ¹ 1, maddə 29, ¹ 4, maddələr 302, 323, ¹ 5, maddə
475, ¹ 6, maddə 594, ¹ 8, maddə 874, ¹ 10, maddə 1142,¹ 12, maddələr
1411, 1428, 1441) ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri
haqqında Əsasnamə"nin2.15-ci bəndindən ",
müvafiq nümayəndələrin və orqan rəhbərlərinin
təqdimatı ilə," sözləri
çıxarılsın.
7. Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 6,
maddə 1096, ¹ 12 (I kitab), maddə 2337; 2019, ¹ 7, maddə 1234;
2021, ¹ 7, maddə 732; 2022, ¹ 1, maddə 27) ilə təsdiq
edilmiş "Dövlət qulluğu vəzifəsinin
tutulması məqsədi ilə müsahibə keçirilməsi
Qaydası"nın 1.1-ci bəndindən "(yerli icra
hakimiyyəti orqanları, Bakı Şəhər İcra
Hakimiyyəti başçısının yanında olan
orqanlar, yerli icra hakimiyyəti başçılarının
yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma
idarələri, yerli icra hakimiyyəti
başçılarının inzibati ərazi dairələri
üzrə nümayəndəlikləri və sahə inzibati ərazi
dairələri üzrə nümayəndəlikləri istisna
olmaqla)" sözləri çıxarılsın və həmin
bəndə "Azərbaycan Respublikasının" sözlərindən
əvvəl "yerli icra hakimiyyəti orqanları rəhbərlərinin
müavinləri və" sözləri əlavə edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
10 aprel 2023-cü il
Azərbaycan. - 2023.-
11 aprel.- S.22.