Müharibə ilə əlaqədar
əlilliyi müəyyən edilmiş
şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial
təminatı ilə bağlı tədbirlərin dövlət
icbari şəxsi sığorta vəsaiti
hesabına maliyyələşdirilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Müharibə
ilə əlaqədar
əlilliyi müəyyən
edilmiş şəxslərin
və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət
icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2022, № 9, maddə
1071) 1-ci hissəsində "ildə" sözü
"və 2023-cü illərdə"
sözləri ilə əvəz edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
10 aprel 2023-cü il
Azərbaycan.- 2023.- 11 aprel.- S. 22.