Azərbaycan Respublikasında
dövlət daktiloskopik və genom qeydiyyatı haqqında Azərbaycan
Respublikasının 2018-ci il 29 iyun tarixli 1197-VQ nömrəli
Qanununun tətbiqi barədə Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli
232 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Azərbaycan
Respublikasında dövlət
daktiloskopik və genom qeydiyyatı haqqında" Azərbaycan
Respublikasının 2018-ci il
29 iyun tarixli 1197-VQ nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 24 avqust tarixli 232 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 8, maddə
1682) 2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
1.1.
2.3-cü bənddən "maddəsində (ikinci halda), 14.4-cü" sözləri
çıxarılsın;
1.2. 2.5.2-ci yarımbənddə
", 14.1.3-cü və 14.2-ci maddələrində" sözləri
"maddəsində" sözü
ilə əvəz olunsun və həmin yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz edilsin;
1.3. aşağıdakı
məzmunda 2.5.3-cü yarımbənd
və 2.6-cı bənd
əlavə edilsin:
"2.5.3. həmin
Qanunun 14.1.3-cü və
14.2-ci maddələrində göstərilən şəxslərə
münasibətdə - Azərbaycan
Respublikasının Daxili
İşlər Nazirliyi,
Azərbaycan Respublikasına
qarşı hərbi təcavüz nəticəsində,
o cümlədən ərazilərin
işğaldan azad olunması dövründə
xəbərsiz itkin düşmüş şəxslərin
bioloji qohumlarına və işğaldan azad olunmuş ərazilərdə aşkar
edilmiş naməlum meyitlərə münasibətdə
isə Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidməti;
2.6. həmin Qanunun 14.4-cü maddəsində
(ikinci halda) nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Daxili
İşlər Nazirliyi,
Azərbaycan Respublikasına
qarşı hərbi təcavüz nəticəsində,
o cümlədən ərazilərin
işğaldan azad olunması dövründə
xəbərsiz itkin düşmüş şəxslərin
bioloji qohumlarına və işğaldan azad olunmuş ərazilərdə aşkar
edilmiş naməlum meyitlərə münasibətdə
isə Azərbaycan Respublikasının Dövlət
Təhlükəsizliyi Xidməti
həyata keçirir.".
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu Fərmandan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
11 aprel 2023-cü il
Azərbaycan. - 2023.- 12 aprel.- S.2.