Fövqəladə vəziyyət
haqqında Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli
Qanununun tətbiqi və Azərbaycan
Respublikası Prezidentinin Fövqəladə
vəziyyət haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 2004-cü il 19 iyul tarixli
90 nömrəli, Fövqəladə vəziyyət haqqında
Azərbaycan Respublikası Qanununun
icrasının təmin edilməsi barədə 2005-ci il 19 yanvar tarixli
175 nömrəli fərmanlarında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Fövqəladə
vəziyyət haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1.
"Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit
haqqında" Azərbaycan
Respublikası Qanununun
2-3.3-cü maddəsinin birinci
cümləsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
sosial xarakterli fövqəladə mühit
rejimi Azərbaycan Respublikasının bütün
ərazisində tətbiq
edildiyi halda Azərbaycan Respublikasının
Prezidenti, ayrı-ayrı
yerlərdə tətbiq
edildiyi halda isə Azərbaycan Respublikasının Nazirlər
Kabineti həyata keçirir;
1.2. həmin Qanunun 2-3.3-cü maddəsinin
ikinci cümləsində
və 2-3.6-cı maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər
Kabineti Azərbaycan Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
həyata keçirir;
1.3. həmin Qanunun 2-2.3-cü maddəsinin
birinci cümləsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər
Kabineti həyata keçirir.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1. üç
ay müddətində:
2.1.1. Azərbaycan
Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Fövqəladə
vəziyyət haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.1.2. "Fövqəladə
vəziyyət və sosial xarakterli fövqəladə mühit
haqqında" Azərbaycan
Respublikası Qanununun
2-3.3-cü maddəsinin ikinci
cümləsinə uyğun
olaraq, sosial xarakterli fövqəladə
mühitin aradan qaldırılması üzrə
komissiyanın (qərargahın)
fəaliyyəti qaydasını
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiq
etsin;
2.1.3. həmin
Qanunun 2-3.6-cı maddəsinə
uyğun olaraq, sosial xarakterli fövqəladə mühit
rejiminin tətbiqi zamanı həmin fövqəladə mühitin
aradan qaldırılması
üzrə tədbirlərin
növləri və həyata keçirilməsi
qaydasını və
dövlət ehtiyatlarının
yaradılması, istifadə
edilməsi və bərpası qaydasını
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiq
etsin.
2.2. "Fövqəladə
vəziyyət haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri
həll etsin.
3. "Fövqəladə
vəziyyət haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il
19 iyul tarixli 90 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 7, maddə 529) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. adına,
preambulaya və 2.1-ci bəndə "vəziyyət"
sözündən sonra
"və sosial xarakterli fövqəladə
mühit" sözləri
əlavə edilsin;
3.2. aşağıdakı
məzmunda 2.1-1-ci və
2.1-2-ci bəndlər əlavə
edilsin:
"2.1-1. həmin
Qanunun 2-3.3-cü maddəsinin
birinci cümləsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini sosial
xarakterli fövqəladə
mühit rejimi Azərbaycan Respublikasının
bütün ərazisində
tətbiq edildiyi halda Azərbaycan Respublikasının Prezidenti,
ayrı-ayrı yerlərdə
tətbiq edildiyi halda isə Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
2.1-2. həmin Qanunun 2-3.3-cü maddəsinin
ikinci cümləsində
və 2-3.6-cı maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər
Kabineti Azərbaycan Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
həyata keçirir;";
3.3. 2.2-ci bəndə
"Qanunun" sözündən
sonra "2-2.3-cü maddəsinin
birinci cümləsində,"
sözləri əlavə
edilsin.
4. "Fövqəladə
vəziyyət haqqında"
Azərbaycan Respublikası
Qanununun icrasının
təmin edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2005-ci il 19 yanvar tarixli 175 n?mr?li Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 1, maddə
9; 2017, ¹ 12 (I kitab), maddə
2303; 2020, ¹ 3, maddə 248) adına,
preambulasına və
1.1-ci bəndinə "vəziyyət"
sözündən sonra
"və sosial xarakterli fövqəladə
mühit" sözləri
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
11 aprel 2023-cü il
Azərbaycan.- 2023.- 12 aprel.-
S.3.