Dəniz suyunun
duzsuzlaşdırılması yolu ilə
içməli su istehsalı sahəsindəpilot
layihənin həyata keçirilməsi tədbirləri
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Su ehtiyatlarından səmərəli
istifadənin təmin
edilməsi ilə bağlı əlavə tədbirlər haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 27
iyul tarixli 2178 nömrəli Sərəncamının
icrası, ölkənin
su təhlükəsizliyi,
əhalinin içməli
su ilə təminatının artırılması
və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi məqsədilə
qərara alıram:
1. Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması
yolu ilə içməli su istehsalı sahəsində
pilot layihə həyata
keçirilsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
2.1.pilot layihənin icrası ilə əlaqədar
"Suyun alqı-satqı
müqaviləsi"nin və
digər razılaşmaların
imzalanması üçün
zəruri tədbirlər
görsün;
2.2.Azərbaycan Respublikasının Hökuməti
adından imzalanmış
müvafiq müqavilələri
təsdiq üçün
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.3.Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi,
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyi, "Azərenerji"
Açıq Səhmdar
Cəmiyyəti və
icra prosesində müəyyən ediləcək
digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə layihənin icrası ilə əlaqədar zəruri tədbirlər görülməsini
təmin etsin;
2.4. bu
Sərəncamdan irəli
gələn digər məsələləri həll
etsin.
3. Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyi Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 17 mart tarixli
239 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası Dövlət
İnvestisiya Proqramının
tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları"na
uyğun olaraq, istehsal edilən içməli suyun Bakı şəhərinə
və ətraf ərazilərə nəqli
ilə əlaqədar
infrastruktur işlərinin
görülməsi və
sudan səmərəli
istifadənin təmin
edilməsi üçün
tələb olunan vəsaitin Dövlət İnvestisiya Proqramında
nəzərə alınmasına
dair təkliflərini
Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə
təqdim etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 aprel 2023-cü il
Azərbaycan.- 2023.- 13 aprel.-
S.2.