Yengicə su anbarının tikintisi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Son illərdə
ölkədə su ehtiyatlarından səmərəli
istifadənin və su təsərrüfatı
obyektlərinin idarə
olunmasının təkmilləşdirilməsi,
müasir tələblərə
cavab verən meliorasiya və su təsərrüfatı
obyektlərinin qurulması,
eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi
istiqamətində ardıcıl
tədbirlər görülmüşdür.
Bununla yanaşı,
son dövrlərdə müşahidə
edilən qlobal iqlim dəyişmələri,
dünyada orta temperaturun yüksəlməsi,
əsasən qonşu
ölkələrdən daxil
olan yerüstü su ehtiyatının azalması, digər tərəfdən, suya tələbatın artması
məhdud su ehtiyatlarına malik olan ölkəmizdə su ehtiyatlarının artırılması və
sudan səmərəli
istifadə üçün
təxirəsalınmaz tədbirlər
görülməsini zəruri
etmişdir.
Bu istiqamətdə
fəaliyyətin davamı
olaraq, Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamı ilə
təsdiq edilmiş
"Su ehtiyatlarından səmərəli
istifadənin təmin
edilməsinə dair
2020-2022-ci illər üçün
Tədbirlər Planı"nda
nəzərdə tutulduğu
kimi, Qəbələ
rayonunun ərazisində
Yengicə su anbarının tikintisi üzrə zəruri texniki-iqtisadi əsaslandırma
və layihələndirmə
işləri başa çatdırılmışdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, ölkədə su ehtiyatlarının artırılması,
əkinəyararlı torpaqların
genişləndirilməsi, müasir
təsərrüfatların yaradılmasının və
əhalinin məşğulluğunun
artırılmasının təşviqi üçün
Qəbələ rayonunda
su anbarının tikintisi məqsədilə
qərara alıram:
1. Qəbələ
rayonunda Yengicə su anbarı tikilsin.
2.Azərbaycan Dövlət
Su Ehtiyatları Agentliyi
Yengicə su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini təmin
etsin.
3.Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi,
Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi,
Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi, Qəbələ
Rayon İcra Hakimiyyəti
və digər aidiyyəti dövlət orqanları (qurumları) Yengicə su anbarının tikintisindən
irəli gələn məsələlərin həlli
ilə bağlı zəruri tədbirlər görsünlər.
4."Su ehtiyatlarından
səmərəli istifadənin
təmin edilməsi ilə bağlı tədbirlər haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2020-ci il 15
aprel tarixli 1986 nömrəli Sərəncamı
ilə yaradılmış
Komissiya bu Sərəncamın 2-ci və
3-cü hissələrində nəzərdə tutulmuş
tədbirlərin əlaqələndirilməsi
məsələlərini həll
etsin.
5.Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi aidiyyəti üzrə bu Sərəncamın 1-ci hissəsində
göstərilən su
anbarının cari və növbəti illərdə tikintisinin maliyyələşdirilməsi üçün
zəruri tədbirlər
görsünlər.
6. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti bu Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 aprel 2023-cü il
Azərbaycan.- 2023.- 13 aprel.-
S.2.