Ukrayna ilə Rusiya arasındakı sülhün qarantı Türkiyədir

 

Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankaranın fəal səyləri ilə konkret irəliləyişə nail olmaq mümkündür

 

"Bəşəriyyət güc balansını dəyişmək üçün kritik bir dövr yaşayır. Genişmiqyaslı geosiyasi transformasiyalar və risklər fonunda Türkiyə güclüvahid olmalıdır".

Bu fikirtləri Ankarada hakim Ədalət və İnkişaf Partiyasının toplantısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Seçkiqabağı manifestini açıqlayan dövlət başçısı vurğulayıb ki, Türkiyənin 100 illiyi anlayışı təkcə türk xalqının özü üçün deyil, həm də Türkiyənin Balkanlardan Qafqaza, Asiyadan Afrikaya kimi İslamtürk dünyasındakı bütün dostları üçün vacibdir. Çünki Türkiyə 85 milyonluq əhalisindən və 780 min kvadratkilometrlik ərazisindən çox-çox böyükdür. Dünyadakı hər bir dostu böyük Türkiyənin bir parçasıdır.

 

Müharibə fonunda böhran daha da kəskinləşib

 

Türkiyə liderinin sözlərinə görə, koronavirus pandemiyası bütün dünyaya səhiyyə sisteminin və dövlət idarəçiliyinin zəifliyini nümayiş etdirib, ziddiyyətləri və problemləri dərinləşdirib. Ukraynadakı müharibə fonunda isə böhran daha da pisləşib.

Ərdoğan qeyd edib ki, Türkiyənin səyləri, habelə Rusiya Federasiyası və Ukrayna ilə fəal təmasları sayəsində sülh perspektivləri hələ də gündəmdədir. Ankaranın fəal səyləri sayəsində konkret irəliləyişə nail olmaq mümkündür. Bunun bariz sübutu əsirlərin mübadiləsi və taxıl sövdələşməsidir.

Siyasətçi daha sonra bildirib ki, Türkiyə effektiv diplomatiyanı davam etdirirbu bir çox yerlərdə, o cümlədən LiviyaQarabağda real nəticələr əldə etməyə imkan verir.

Türkiyə yolunda atılan hər yeni addımın böyük çətinliklə başa gəldiyini vurğulayan R.T.Ərdoğanın fikrincə, 100 yaşlı Cümruriyyət lazım gələrsə yerlərdə vəziyyəti dəyişməyə qadirdir. Bunun çoxlu nümunələri var: "Şərqi Aralıq dənizindən tutmuş Türkiyənin cənub sərhədləri yaxınlığında, Qara dənizdən Qafqaza qədər..."

 

Ankaranın BMT-də islahatlarla bağlı çağırışı getdikcə böyük dəstək qazanır

 

Dövlət başçısı həmçinin diqqəti son onilliklərdə qazanılmış uğurlara, o cümlədən müdafiə kompleksi, nəqliyyat və infrastruktur sahələrində əldə olunan nailiyyətlərə yönəldib.  Ərdoganın vurğuladığı kimi, müasir Türkiyə özü yerli təyyarə və avtomobil istehsal edir. Bu günlərdə Türkiyə Hərbi Dəniz Qüvvələrinin flaqmanı olan "TCG Anadolu" desant gəmisi istifadəyə verilibonun göyərtəsində ölkədə istehsal olunan "Qızıl alma" pilotsuz döyüş təyyarələri və "Bayraktar TB-3" pilotsuz uçuş aparatları yerləşdirilib: "Bütün bunlar stereotipləri sındıraraq Türkiyəni fərqli qəbul etməyə məcbur etməklə əldə olunub. Bizim edə bildiyimiz əsas inqilab insanların şüurunda baş verib".

Türkiyə Prezidenti qeyd edib ki, Ankaranın BMT strukturunda islahatlarla bağlı çağırışı dünyada getdikcə daha çox     əksini tapır. Belə ki, Ankaranın təşəbbüsləri sayəsində Türk Dövlətləri Təşkilatının yaradılması ilə bağlı strateji təşəbbüs həyata keçirilib: "Biz xaricdən icazə almadan İslam dünyasında həmrəyliyi artırmağa çalışırıq. Qərb dünyası ilə dialoqumuz ölkəmizin hüquq və maraqlarını müdafiə etmək əzminə əsaslanır. İnvestisiyaları, yerlərini, istehsalı və ixracı artırmaqla, xarici ticarət kəsirini azaltmaqla Türkiyənin iqtisadi rifahı istiqamətində kursumuzu davam etdirəcəyik".

Dövlət başçısı iqtisadi məsələlərə toxunaraq bildirib ki, ÜDM-in artım tempi sayəsində yaxın 5 ildə Türkiyədə 6 milyon yeni yeri açılacaq, işsizlik səviyyəsi 7 faizə qədər azalacaq: "Biz qarşıdakı illərdə iqtisadi artım tempini illik 5,5 faiz səviyyəsində saxlamağı planlaşdırırıq ki, bu da Türkiyənin ÜDM-ni ilk növbədə 1,5 trilyon dollara, gələcəkdə isə 2 trilyon dollara çatdırmağa imkan verəcək. Türkiyədə adambaşına düşən ÜDM 16 min dollara çatacaqbu da son hədd deyil".

Rəcəb Tayyib Ərdoğan Ankarada çıxış zamanı bu ilin fevral ayında ölkədə baş verən təbii fəlakətlə bağlı bildirib ki, qarşıdakı dövrdə ilkin prioritet  baş verən zəlzələlər nəticəsində dağılmış şəhərləri bərpa etmək olacaq. Zəlzələnin yaşandığı vilayətlərdə 319 mini bir il ərzində olmaqla ümumilikdə 650 min yeni ev inşa ediləcək, risklərdən müdafiə ilə bağlı milli model  əsasında 81 vilayət fəlakətə davamlı şəhərlərə çevriləcək.

 

Rizvan CƏFƏROV,

 

Azərbaycan.- 2023.- 13 aprel.- S. 1; 9.