XİN Ermənistan tərəfindən
əsir götürülmüş
Azərbaycan hərbçilərinə
qarşı törədilən
işgəncə ilə
bağlı məlumat
yayıb
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Ermənistan tərəfindən
əsir götürülmüş
Azərbaycan hərbçilərinə
qarşı törədilən
işgəncə ilə
bağlı məlumat
yayıb.
AZƏRTAC Xarici İşlər Nazirliyinin
məlumatını təqdim
edir: “Bir neçə gün əvvəl Naxçıvan
Muxtar Respublikasının
Şahbuz rayonunun Ermənistanla sərhədboyu
ərazisində əlverişsiz
hava şəraitində
məhdud görmə
səbəbindən Azərbaycan
ordusunun itkin düşmüş əsgərləri
- 2004-cü il təvəllüdlü Bəbirov
Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü
Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən
əsir götürülüb.
Sosial şəbəkələrdə yayılmış videogörüntülərin
birində əsir götürülmüş Axundov
Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub.
Ermənistan tərəfindən etnik zəmində zorakılığın
növbəti nümunəsi
olan sözügedən
vəziyyət ilə
əlaqədar aidiyyəti
beynəlxalq təşkilatlar
müvafiq olaraq məlumatlandırılıb.
Ermənistan tərəfindən
əsirlərə qarşı
nümayiş etdirilən
sözügedən zorakılıq
1949-cu il Cenevrə Konvensiyalarının, İrqi
ayrı-seçkiliyin bütün
formalarının ləğv
edilməsi haqqında
Beynəlxalq Konvensiyanın
(CERD), beynəlxalq humanitar
və insan haqları hüququndan irəli gələn digər beynəlxalq öhdəliklərin Ermənistan
tərəfindən kobud
şəkildə pozulmasıdır.
Aidiyyəti beynəlxalq
təşkilatlar sözügedən
zorakılığa, o cümlədən
Ermənistan tərəfindən
son 30 ildən artıq
müddətdə azərbaycanlı
hərbi əsirlərə
və mülki məhbuslara, itkin düşən 3890 nəfər
azərbaycanlıya qarşı
zorakılıq faktlarını
araşdırmalı və
lazımi qiymət verməlidir.
Azərbaycan.- 2023.-14 aprel.- S.6.