Qərbi Azərbaycan İcması Azərbaycan Ordusunun silahsız əsgərinə ermənilərin
işgəncə verməsi ilə bağlı bəyanat
yayıb
Qərbi Azərbaycan İcması Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları və digər şəxslər tərəfindən Azərbaycan Ordusunun silahsız əsgərinin qolları bağlı şəkildə işgəncəyə məruz qoyulmasına dair erməni kütləvi informasiya vasitələrində video və foto görüntülərin yayılması ilə bağlı bəyanat yayıb.
İcmanın mətbuat xidmətindən AZƏRTAC-a daxil olan bəyanatda bildirilir: “Ermənistanın kütləvi informasiya vasitələrində, bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları və digər şəxslər tərəfindən Azərbaycan Ordusunun silahsız əsgərinin qolları bağlı şəkildə işgəncəyə məruz qoyulmasını göstərən video və foto görüntülər yayılıb.
Bu, müvafiq Cenevrə Konvensiyası, “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya” və digər mühüm beynəlxalq aktlarla Ermənistanın üzərinə düşən öhdəliklərin kobud şəkildə pozulmasının və bu ölkədə azərbaycanlılara münasibətdə geniş yayılmış etnik nifrət və irqi ayrı-seçkiliyin növbəti bariz sübutudur.
Vaxtilə azərbaycanlıların çoxluq təşkil etdiyi və zorla qovulduğu Zəngəzur torpağı azərbaycanlıların Ermənistan tərəfindən işgəncəyə məruz qalmasına növbəti dəfə şahid olub. Bu amansız cinayəti təşkil edənlər xalqlar arasında nifaqı daha da dərinləşdirməyi və qorxu mühiti yaradaraq azərbaycanlıların oraya qayıtmaqdan çəkindirməyi hədəfləyirlər.
Qərbi Azərbaycan
İcması bu mənfur cinayəti qəti
şəkildə qınayır, beynəlxalq ictimaiyyəti buna görə Ermənistan hökumətinin və
cinayətin icraçılarının əməlinə hüquqi qiymət verməyə və əlverişsiz
hava şəraiti ilə əlaqədar yolu azaraq Ermənistanın
nəzarətində olan əraziyə
keçmiş azərbaycanlı hərbi
qulluqçuların dərhal və qeyd-şərtsiz azad edilməsini təmin etməyə
çağırır”.
Azərbaycan.- 2023.-14 aprel.- S.6.