Azərbaycan Ombudsmanı beynəlxalq təşkilatları
susmamağa səsləyib, BQXK-dan isə hərbi
qulluqçularımızla bağlı məlumat verilməsini
tələb edib
Hərbi qulluqçumuza qarşı
qeyri-insani rəftar göstərilməsi faktı
ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət
ünvanlayaraq, bu fakta reaksiya verməyə və Ermənistanı beynəlxalq
hüququn üzərinə
götürdüyü tələblərinə
riayət etməyə
çağırmağa dəvət
edirəm.
Ombudsman Aparatından
AZƏRTAC-a verilən məlumata
görə, bunu Azərbaycan Respublikasının
İnsan Hüquqları
üzrə Müvəkkili
(ombudsman) Səbinə Əliyeva
aprelin 13-də Ermənistan
tərəfindən saxlanılan
Azərbaycan hərbi qulluqçusuna qarşı
işgəncə verilməsi
və qeyri-insani rəftarla bağlı fakta münasibət bildirərkən deyib.
Qeyd olunub ki, bir
neçə gün əvvəl əlverişsiz
hava şəraiti ilə əlaqədar iki hərbi qulluqçumuzun yolu azaraq Ermənistanla sərhəd ərazidə
itkin düşməsi
barədə məlumatlar
yayılmış və
Ermənistan tərəfi
bu faktı təsdiqləmişdi.
Səbinə Əliyeva Ermənistan kütləvi informasiya vasitələrində yayımlanan
video və fotolarda Azərbaycan hərbi qulluqçusuna münasibətdə
beynəlxalq sənədlərə
zidd olaraq işgəncə və digər qeyri-insani hərəkətlərin törədildiyinin
aydın şəkildə
öz təsdiqini tapdığını bildirib. Belə ki,
Ermənistan mediasında
yayılan videoda azərbaycanlı hərbi
qulluqçunun əl-qolu
bağlanmış vəziyyətdə
döyülməsi, ləyaqətinin
alçaldılması müşahidə
edilir. Ombudsmanın sözlərinə görə, “Hərbi əsirlərlə rəftar
haqqında” III Cenevrə
Konvensiyasına əsasən,
döyüş əməliyyatlarında
bilavasitə iştirak
etməyən şəxslərlə
bütün hallarda insani rəftar edilməlidir və hərbi əsirlər hər zaman xüsusən zorakılıq
əməllərindən, hədələnməkdən
müdafiə olunmalıdır.
“Azərbaycan
Ombdusmanı olaraq, hərbi qulluqçumuza qarşı bu cür qeyri-insani rəftar göstərilməsi
faktı ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara
müraciət ünvanlayaraq,
bu fakta reaksiya verməyə və Ermənistanı beynəlxalq hüququn üzərinə götürdüyü
tələblərinə riayət
etməyə çağırmağa
dəvət edirəm. Eyni zamanda,
Beynəlxalq Qırmızı Xaç
Komitəsinin Ermənistandakı nümayəndəliyindən
təcili olaraq həmin hərbi
qulluqçularımıza baş çəkilməsini
və onların vəziyyəti ilə bağlı məlumatların
verilməsini tələb edirəm”, - deyə Səbinə
Əliyeva qeyd edib.
Azərbaycan.- 2023.-14 aprel.- S.6.