Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq
edilmiş Elektron kənd
təsərrüfatı informasiya sistemi haqqında Əsasnamədə dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 23
dekabr tarixli 897 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2019, ¹ 12, maddə 1940; 2020, ¹ 7, maddə 897, ¹ 9, maddə
1147; 2022, ¹ 3, maddə 228, ¹ 9, maddə
1036) ilə təsdiq edilmiş "Elektron kənd təsərrüfatı"
informasiya sistemi haqqında Əsasnamə"də
aşağıdakı dəyişikliklər
edilsin:
1. 3.2.3-cü yarımbəndə
ikinci halda "qeydiyyatının aparılması,"
sözlərindən sonra
"karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi,
xüsusi təhlükəli
heyvan xəstəliklərinin
profilaktikası, diaqnostikası,
müalicəsi və
ləğvi ilə əlaqədar hüquqi və fiziki şəxslərə dəymiş
maddi ziyanın əvəzinin ödənilməsi,"
sözləri əlavə
edilsin.
2. 5.1.28-ci yarımbəndin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz olunsun və aşağıdakı məzmunda
5.1.29-cu yarımbənd əlavə
edilsin:
"5.1.29. karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi,
xüsusi təhlükəli
heyvan xəstəliklərinin
profilaktikası, diaqnostikası,
müalicəsi və
ləğvi ilə əlaqədar heyvanların,
heyvan mənşəli
məhsulların və
xammalın məhv edilməsi, emalı və ya təkrar
emalı məqsədilə
götürülməsi və
ya götürülmədən
məcburi zərərsizləşdirilməsi,
habelə həmin xəstəliklər nəticəsində
hüquqi və fiziki şəxslərə
dəymiş maddi ziyanın əvəzinin ödənilməsi
barədə məlumatlar.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 fevral 2023-cü il
Azərbaycan.- 2023.- 15 aprel.-
S.2.