Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq
edilmiş Elektron kənd
təsərrüfatı informasiya sistemi haqqında Əsasnamədə dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
Torpaq Məcəlləsində
dəyişiklik edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2023-cü il 24 fevral tarixli
826-VIQD nömrəli və
"Torpaq icarəsi haqqında" Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə"Azərbaycan Respublikasının 2023-cü il
24 fevral tarixli 827-VIQD nömrəli qanunlarının
icrası ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 23
dekabr tarixli 897 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2019, ¹ 12, maddə 1940; 2020, ¹ 7, maddə 897, ¹ 9, maddə
1147; 2022, ¹ 3, maddə 228, ¹ 9, maddə 1036) ilə təsdiq edilmiş "Elektron kənd təsərrüfatı" informasiya
sistemi haqqında Əsasnamə"də aşağıdakı
dəyişikliklər edilsin:
1. Aşağıdakı
məzmunda 3.1.3-3-cü və
3.2.3-3-cü yarımbəndlər əlavə edilsin:
"3.1.3-3. "kənd
təsərrüfatı təyinatlı
torpaqların istifadəsi"
altsistemi;";
"3.2.3-3. "kənd
təsərrüfatı təyinatlı
torpaqların istifadəsi"
altsistemi vasitəsilə
kənd təsərrüfatı
təyinatlı torpaqların
icarəyə (istifadəyə)
verilməsi ilə əlaqədar müraciətlərin
qəbulu, baxılması
və cavablandırılması;".
2. 5.1.28-ci yarımbəndin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz olunsunvə aşağıdakı
məzmunda 5.1.29-cu və
5.1.30-cu yarımbəndlər əlavə edilsin:
"5.1.29. kənd təsərrüfatı
təyinatlı torpaqların
icarəyə (istifadəyə)
verilməsi ilə əlaqədar daxil olmuş müraciətlər
və həmin müraciətlərə baxılması
üzrə sənədlər;
5.1.30. icarəyə
götürülmüş dövlət mülkiyyətində
olan kənd təsərrüfatı təyinatlı
torpaq sahələrinin
istifadəsi, keyfiyyətinin
yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə
görülən işlərə
dair icarəçilər
tərəfindən təqdim
edilmiş məlumatlar.".
3. 7.1.1-ci yarımbəndə
aşağıdakı məzmunda
18-ci və 19-cu abzaslar
əlavə edilsin:
"18. dövlət
mülkiyyətində olan
torpaqları icarəyə
(istifadəyə) götürmək
məqsədilə müraciət
etmək;
19. icarəyə
götürdüyü dövlət
mülkiyyətində olan
kənd təsərrüfatı
təyinatlı torpaq sahələrinin istifadəsi,
keyfiyyətinin yaxşılaşdırılması,
qorunması və mühafizəsi barədə
görülən işlərə
dair məlumat təqdim etmək;".
4. 7.1.9-cu yarımbəndin
3-cü abzasının sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz olunsun və aşağıdakı
məzmunda 7.1.10-cu və
7.1.11-ci yarımbəndlər əlavə edilsin:
"7.1.10. rayon (şəhər) icra hakimiyyəti orqanları:
1. qeydiyyatdan
keçmək;
2. elektron
kabinetdən istifadə
etmək;
3. kənd
təsərrüfatı təyinatlı
torpaqların icarəyə
(istifadəyə) verilməsi
ilə əlaqədar
daxil olmuş müraciətlərə baxmaq;
7.1.11. Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri
Dövlət Xidməti:
1. qeydiyyatdan
keçmək;
2. elektron
kabinetdən istifadə
etmək;
3. kənd
təsərrüfatı təyinatlı
torpaqların icarəyə
(istifadəyə) verilməsi
ilə əlaqədar
daxil olmuş müraciətlər üzrə
rəy vermək.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 14 aprel 2023-cü il
Azərbaycan.- 2023.- 15 aprel.- S.2.