Baytarlıq haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli
316 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"Baytarlıq haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2005-ci iI 22 noyabr tarixli 316 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 11, maddə
1011; 2008, ¹ 8, maddə
718; 2009, ¹ 8, maddə 630; 2010, ¹ 3, maddə
186; 2015, ¹ 7, maddə 841; 2018, ¹ 4, maddə 672, ¹ 12 (I kitab), maddə 2553; 2019, ¹ 8, maddə
1386; 2020, ¹ 4, maddə 405, ¹ 5, maddə 562; 2022, ¹ 8, maddə
867; Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
20 fevral tarixli 2038 nömrəli Fərmanı)
aşağıdakı dəyişikliklər
edilsin:
1. 2.7-1-ci bənddə ", 24.1-ci maddələrində"
sözləri "maddəsində"
sözü ilə əvəz edilsin.
2. Aşağıdakı
məzmunda 2.7-5-ci bənd
əlavə edilsin:
"2.7-5. həmin
Qanunun 24.1-ci maddəsində
"orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
(götürülməsi, məhv
edilməsi, zərərsizləşdirilməsi,
emalı və ya təkrar emalı ilə bağlı qərar qəbul edilməsinə münasibətdə) və
Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı
Nazirliyi (götürülməsinin,
məhv edilməsinin,
zərərsizləşdirilməsinin, emalının və ya təkrar emalının təmin edilməsinə münasibətdə)
nəzərdə tutulur.".
3. 2.8-ci bəndə
"birinci halda" sözlərindən sonra
"Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı
Nazirliyi," sözləri
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 aprel 2023-cü il
Azərbaycan.- 2023.- 15 aprel.-
S.3.