Daha bir erməni vandallığı
Hayastanda keçirilən
Avropa çempionatının
açılış mərasimində
Azərbaycan Bayrağının
yandırılması bu
ölkənin təxribatçı
simasının əyani
təzahürüdür
2015-ci ildə Bakıda keçirilən
I Avropa Oyunlarında Prezident İlham Əliyevin Ukraynanı təmsil edən gümüş medal qazanmış
erməniəsilli boksçunu
şəxsən özünün
təltif etməsi və o zaman auditoriyanı sakitləşdirməsi
yaddaşlara xoş xatirə, eləcə də Azərbaycan tolerantlığına bariz
nümunə kimi həkk olunan unudulmaz tarixdir.
Amma bunun qarşılığında 2023-cü il aprelin
14-də Hayastanda keçirilən
ağır atletika üzrə Avropa çempionatının açılış
mərasimində dünyanın
gözü qarşısında
Azərbaycanın Dövlət
Bayrağı yandırıldı.
Beynəlxalq idman yarışları idmançıların
öz performanslarını
dünya səviyyəli
arenalarda sərgiləmələri
üçün təşkil
olunur, həm də bu yarışların
keçirilməsi dünyada
barışı, sülhü,
dostluğu simvolizə
edir. Və yuxarıda misal çəkdiyimiz beynəlxalq
idman yarışlarında
baş verən bir-birinə zidd iki nümunənin timsalında da açıq-aydın görünür
ki, Azərbaycan hər zaman sülhün, barışın,
Hayastan isə müharibənin, təxribatların
tərəfdarıdır.
Hayastanın ölkəmizə
qarşı təxribatları
intensivləşib
İrəvan şəhərində sözügedən
yarışın açılış
mərasimində Azərbaycan
Bayrağının rəsmi
akkreditasiya olunmuş şəxs tərəfindən
nümayişkaranə şəkildə
yandırılması ilə
bağlı Gənclər
və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıb.
Bəyanatda deyilir ki, Ermənistanın baş nazirinin iştirak etdiyi mərasimdə belə bir barbarlıq əməlinin törədilməsi
və bunun Ermənistan ictimaiyyəti
tərəfindən alqışlanması,
həmin əməli törədən şəxsin
qəhrəman kimi qələmə verilməsi
bu ölkədə etnik nifrətin, rasizmin, ksenofobiyanın, Azərbaycanofobiyanın bariz
nümunəsi olmaqla yanaşı, həm də xalqlar arasında sülhü, qarşılıqlı anlaşmanı
təbliğ edən idmanın nəcib məqsəd və prinsipləri ilə tam ziddiyyət təşkil edir. İdmanın siyasiləşdirilməsi qətiyyən yolverilməzdir.
Əlbəttə ki, Ermənistanda belə bir nifrət
mühitinin hökm sürdüyü, təhlükəsizliyin
təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə
görə Azərbaycan
idmançılarının yarışlarda normal şəkildə
iştirakı mümkünsüzdür. Bütün bunlar
nəzərə alınaraq,
Azərbaycan idmançılarının
vətənə qayıtması
barədə qərar
qəbul edilib. Ermənistan onların təhlükəsiz
şəkildə qayıtmasını
təmin etməlidir.
Bəyanatda deyilir:
"Biz beynəlxalq ictimaiyyəti,
beynəlxalq idman təsisatlarını bu barbarlıq əməlini kəskin şəkildə
pisləməyə çağırırıq.
Biz həm də
Avropa Ağır Atletika Federasiyasını
Ermənistana qarşı
sanksiya tətbiq etməyə çağırırıq.
Hesab edirik ki, baş
vermiş bu hadisə Ermənistanın
beynəlxalq idman yarışlarını keçirmək,
idmançıların təhlükəsizliyini
təmin etmək iqtidarında olmadığını
göstərir".
Ümumiyyətlə, son dövrlər Hayastanın
ölkəmizə qarşı
açıq təxribatları
intensivləşib. Elə aprelin
11-də hayların Azərbaycana
qarşı törətdikləri
növbəti təxribat
da bölgədə vəziyyəti gərginləşdirmək,
barışığa mane olmaq
üçün həyata
keçirilən daha bir məkrli plan idi. Amma həmin gün
hərbi qulluqçularımızın
sayıqlığı nəticəsində
düşmən təxribatının
qarşısı qətiyyətlə
alındı, atəş
mövqeləri susduruldu.
Vətən müharibəsindən sonra
müxtəlif təxribatçı
əməllərlə sülh
müqaviləsini bağlamaqdan
yayınmağa cəhd
edən və 10 noyabr üçtərəfli
Bəyanatı ilə
üzərinə götürdüyü
öhdəliklərini yerinə
yetirməkdən boyun
qaçıran Hayastan
Laçın-Xankəndi yolundan
təyinatına uyğun
olmayaraq hərbi məqsədlər və ölkəmizə qarşı
təxribat əməlləri
törətmək üçün
istifadə edib. Ötən
il dekabrın
12-dən etibarən Laçın
yolunda ekoaksiya keçirən vətəndaş
cəmiyyətimizin üzvlərinin
tələbləri arasında
bu yoldan yalnız humanitar məqsədlərlə istifadə
edilməsi də var. Hayastan tərəfinin beynəlxalq ictimaiyyəti
çaşdırıcı vay-şüvənlərinin əksinə,
sözügedən yoldan
mülki maşınların
keçidi üçün
heç bir əngəl yoxdur. Hətta aksiya iştirakçılarına
yaxınlaşaraq onlardan
kömək istəyən
bir erməniəsilli şəxsə kömək
göstərilməsi ilə
bağlı videogörüntülər
də hər kəsin yaddaşındadır.
Aprelin
4-də isə azərbaycanlı
həkimlər Xankəndi-Laçın
yolunda Qarabağda yaşayan erməniəsilli
vətəndaşlara tibbi
yardım göstərərək
həyatlarını xilas
etdilər və onlarla bərabər Xankəndiyə yollanaraq oradakı xəstəxanamızda
da həkimlik missiyalarını layiqincə
yerinə yetirdilər.
O da vurğulanası məqamdır
ki, Azərbaycanda yaşayan erməni sakinlərin cəmiyyətimizə
reinteqrasiya prosesi ilə bağlı rəsmi Bakı əməli fəaliyyət
göstərir, bu məsələdə qərarlı
olduğunu göstərir.
Haylar beynəlxalq
idman yarışlarını
da məkrli siyasətlərinin alətinə
çeviriblər
Lakin müharibənin qalib tərəfi olmasına baxmayaraq, Azərbaycanın
rəsmi İrəvana
təkmil sülh modeli təklif etməsinə, iki ölkə arasında normallaşmaya nail olunması
üçün atdığı
və bəzi örnəklərini misal çəkdiyimiz humanizm addımlarına baxmayaraq,
Hayastan beynəlxalq havadarlarına güvənərək
ölkəmizə qarşı
təxribatçı mövqeyindən
əl çəkmir.
Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz
rayonunun Ermənistanla
sərhədboyu ərazisində
əlverişsiz hava şəraitində məhdud
görmə səbəbindən
Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü
Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov
Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir
götürülüb.
Erməni mediasında yayılmış
videogörüntülərdə əsir götürülmüş
Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub. Hayların etnik zəmində
azərbaycanlılara qarşı
törətdikləri növbəti
zorakılıq faktını
özündə əks
etdirən bu görüntülərdən də
aydın olur ki, ermənilər əsgərimizi möhkəm
döyərək ona fiziki işgəncə veriblər.
Hayların əsir əsgərimizə
qarşı törətdikləri
bu cinayət əməlləri beynəlxalq
hüquqa ziddir və bir daha
təkzibolunmaz şəkildə
təsdiqləyir ki, ermənilər xalqımıza
qarşı vəhşiliklərini
davam etdirirlər.
Aprelin 14-də İrəvanda Azərbaycanın
Dövlət Bayrağını
yandırmaları da onu göstərdi ki, Hayastan hətta
beynəlxalq idman yarışlarını da
məkrli siyasətinin
alətinə çevirib.
Yasəmən MUSAYEVA
Azərbaycan.- 2023.-16 aprel.- S.1; 5.