İlham
Əliyevin qlobal missiyası
Azərbaycan
Prezidenti Türk Dövlətləri Təşkilatının
vahid güc mərkəzinə çevrilməsi
üçün mühüm təşəbbüslər irəli
sürür
Türkdilli ölkələr
arasında strateji tərəfdaşlığın yeni
inkişaf mərhələsinə qədəm qoyması
Türk Dövlətləri Təşkilatının getdikcə
vahid güc mərkəzinə çevrildiyini söyləməyə
əsas verir.
Artıq bir müddətdir
ki, türkdilli dövlətlərin başçıları
arasında təmasların yeni formatda davam etdiyini
müşahidə edirik. Təmasların mütəmadi xarakter
almasında Azərbaycan Prezidentinin yüksək fəaliyyəti
danılmazdır. İlham Əliyev
türkdilli dövlətlərlə əlaqələrin
inkişaf etdirilməsini mühüm prioritet məsələlərdən
biri hesab edir və qardaş ölkələrlə iqtisadi,
siyasi, humanitar, həmçinin digər sahələr üzrə
əməkdaşlığın genişləndirilməsi
istiqamətində məqsədyönlü siyasət
yürüdür.
Azərbaycanın
türk dünyasında aparıcı mövqeyi daha da güclənir
2009-cu il oktyabrın 3-də
Naxçıvanda Türkdilli Ölkələrin Dövlət
Başçılarının IX Zirvə
Görüşündə Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının (indiki adı
Türk Dövlətləri Təşkilatı)
yaradılması ilə əsası qoyulan bu birliyin üzvləri
bütün beynəlxalq təşkilatlarda hər zaman
bir-birini dəstəkləyir, eyni zamanda, ölkələr
arasında iqtisadi, siyasi əlaqələr durmadan genişləndirilir.
2022-ci il
dekabrın 14-də Türkmənistanda Azərbaycan-Türkiyə-Türkmənistan
prezidentlərinin ilk üçtərəfli
görüşü və aparılan danışıqlar,
imzalanan sənədlər TDT-nin artıq vahid güc mərkəzinə
çevrilməsi istiqamətində atılan mühüm
addım idi.
Həmin gün imzalanan sənədlər
sırasında "Energetika sahəsində əməkdaşlığın
inkişaf etdirilməsi ilə bağlı
qarşılıqlı anlaşmaya dair Qurumlararası
Memorandum"a əsasən hər üç dövlət
birgə layihə reallaşdıracaq. Bu, Trans-Xəzər
qaz kəmərinin reallaşması istiqamətində birgə
razlaşdırılan mühüm sənəd oldu.
Ümumiyyətlə, təşkilata
üzv dövlətlərin yerləşdiyi coğrafiyaya nəzər
salsaq görərik ki, bu ölkələr Asiya ilə
Avropanı birləşdirən bir ərazidə yerləşir. Türk
Dövlətləri Təşkilatına üzv dövlətlərin
təbii ehtiyatları çox zəngindir və bu təbii
ehtiyatlar 23 dövlətin üzv olduğu Avropa İttifaqı
ölkələrinin təbii ehtiyatlarından azı iki dəfə
çoxdur. Bu baxımdan üzv ölkələr
qarşılıqlı sərmayə yatıraraq iqtisadi əlaqələri
daha sıx şəkildə qurmaq barədə
razılığa gəliblər.
Türkmənistanda keçirilən
üçtərəfli görüşdə razılğa gəlinib
ki, gələn il Ankarada Azərbaycan,
Türkiyə və Türkmənistan dövlət
başçılarının Zirvə görüşü
keçirilsin. Bu barədə məlumat verən
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan enerji
sahəsində əməkdaşlıq məsələlərinin
müzakirə ediləcəyini nəzərə
çatdırıb. Bu Zirvə
görüşündə Türkmənistan qazının Azərbaycan
və Türkiyə ərazisindən tranzit keçməklə
Avropaya çatdırılması ilə əlaqədar
sazişin də imzalanması gözlənilir.
Azərbaycan hazırda Avropa
İttifaqına 10 milyard kubmetr qaz ixrac edir. Azərbaycanın
qaz ixracı üçün qurduğu infrastruktur 30 milyard qaz
nəql etmək imkanına malikdir. Trans-Anadolu (TANAP) və
Trans-Adriatik (TAP) qaz kəmərləri ilə yalnız Azərbaycan
deyil, eləcə də Türkmənistan qazını da
Avropaya ixrac etmək mümkündür ki, bunun
üçün də Trans-Xəzər qaz kəmərinin
çəkilməsi zəruridir. Bu kəmərin
Xəzər dənizinin dibi ilə çəkilməsi və
Orta Asiya respublikalarında hasil olunan qazın Avropaya ixrac
olunması hələ 1990-cı illərdən müzakirə
olunurdu. Lakin Xəzər dənizinin
hüquqi statusunun müəyyən edilməməsi və
Avropanın qaz bazarını əlində saxlayan Rusiyanın
etirazları bu layihənin həyata keçməsinə imkan
vermirdi.
TDT-nin alternativ
enerji mənbəyi
Artıq dünyanın
geosiyasi mənzərəsi tədricən dəyişir və
Azərbaycan Prezidenti qlobal siyasətdəki dəyişikliyi
düzgün qiymətləndirərək Trans-Xəzər qaz
kəmərinin çəkilməsi istiqamətində zəruri
addımlar atır.
Hazırda Türkmənistan
35 milyard kubmetr qaz ixrac etmək potensialına malikdir. Özbəkistan
və Qazaxıstanda hasil olunan və ixrac üçün nəzərdə
tutulan təbii qazın həcmi təxminən 25 milyard kubmetrə
yaxındır. Göstərilən həcmdə
qaz Trans-Xəzər, TANAP və TAP kəmərləri ilə
nəql olunarsa Avropa enerji təhlükəsizliyi təminatını
şaxələndirməklə yanaşı, alternativ enerji mənbəyi
də əldə edəcəkdik. Avropa
İttifaqı bu layihəni həm siyasi, həm də iqtisadi
baxımdan dəstəkləyir. Avropa
Komissiyasının sədr müavini Maroş
Şevçoviç bəyan edib ki, Trans-Xəzər kəməri
Avropa üçün olduqca böyük əhəmiyyət kəsb
edir və buna görə də bu beynəlxalq layihənin
reallaşmasına investisiya cəlb etməklə yardım
göstərəcək.
Beləliklə, Trans-Xəzər
boru xətti və bu vasitə ilə Türkmənistan və
digər Orta Asiya respublikalarında hasil olunan qazın Avropaya
ixrac edilməsi tam realdır. Bu layihənin həyata
keçməsinin nəticəsində Azərbaycan və
region dövlətləri təkcə iqtisadi dividend deyil, həmçinin
siyasi zəmanət qazanacaqlar.
İlham
Əliyevin təşəbbüsü ilə Zirvə
görüşü Şuşada deyil, Ankarada keçirildi
Dostluq, qardaşlıq
münasibətləri getdikcə daha da güclənən,
mövcud əlaqələri və qarşılıqlı əməkdaşlıqları
şaxələnən türkdilli dövlətlər
martın 16-da dünyaya daha bir mesaj ünvanlayaraq sarsılmaz
münasibətlərinin möhkəm təməl üzərində
qurulduğunu bəyan etdilər.
İmzalanan Ankara Bəyannaməsində
əksini tapan ifadələr və Türk İnvestisiya
Fondunun yaradılmasına dair razılaşma isə bir daha təsdiq
etdi ki, dost və qardaş ölkələr çətin
gündə dərhal bir-birinə lazımi dəstək verəcək
və bu istiqamətdə əlindən gələni əsirgəməyəcək.
Türk Dövlətləri
Təşkilatının dövlət
başçılarının Zirvə
görüşünün mədəniyyətimizin
paytaxtı Şuşada keçirilməsi nəzərdə
tutulmuşdu.
Lakin Prezident İlham Əliyev Türkiyədə
baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar
qardaş ölkəyə dəstək məqsədilə
Zirvə görüşünün Ankarada keçirilməsi
təklifi ilə çıxış etmişdi.
Azərbaycan Prezidentinin bu
xoşməramlı təklifindən sonra digər
iştirakçı ölkələrin rəhbərliyi ilə
razılaşdırıldıqdan sonra bununla bağlı
müvafiq qərar qəbul olunmuş və İlham
Əliyevin təklifi dəstəklənmişdi. Əlbəttə
ki, bu, ilk növbədə bir daha Azərbaycan-Türkiyə
qardaşlığının, türk dünyasında
qarşılıqlı dəstəyin və hörmətin
bariz nümunəsidir.
İlham Əliyev Türk
Dövlətləri Təşkilatına üzv ölkələrlə
əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsini
Azərbaycanın xarici siyasətinin prioritetlərindən
olduğunu bəyan edib. Ötən ilin noyabrında Türkdilli Dövlətlər
Təşkilatının Səmərqənddə keçirilən
IX Zirvə görüşündə dövlət
başçısı vurğulayıb ki, Azərbaycan həmişə
türkdilli dövlətlərin sıx birləşməsinə
öz töhfəsini verib və bundan sonra da türk
dünyasının birliyi amallarına sadiq qalacaq.
Ankara
Zirvə görüşündə türkdilli ölkələr
arasında iqtisadi əlaqələrin inkişafına
mühüm töhfə verəcək qərarların qəbul
olunması da TDT-nin vahid güc mərkəzinə
çevrilməsi isiqamətində atılan mühüm
addımlardan biridir. Bu qərarlardan biri Türk
İnvestisiya Fondunun yaradılmasıdır. Bu fond üzv ölkələr arasında
infrastruktur, nəqliyyat, kənd təsərrüfatı,
turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın
daha da inkişafına mühüm töhfə verəcək.
"Orta dəhliz"in
inkişafına dair yol xəritəsinin səmərəli
reallaşdırılması
Prezident İlham Əliyevin aprelin
10-da Qazaxıstana səfəri TDT-nin səmərəli fəaliyyətinə
daha bir töhfə verdi.
Prezident Kasım-Jomart Tokayevlə
Azərbaycan Prezidentinin apardığı
danışıqlarda mühüm məsələlər
müzakirə mövzusu oldu və dövlət
başçıları aidiyyəti strukturlara mühüm
proseslərin gerçəkləşdirlməsi istiqamətində
tapşırıqlar verdilər.
Ümumiyyətlə, Azərbaycan-Qazaxıstan
münasibətləri yeni inkişaf mərhələsindədir
və bu, strateji tərəfdaşlıq səviyyəsinədək
yüksəlib. Yarım ildən bir qədər çox əvvəl
iki ölkə arasında strateji tərəfdaşlığın
dərinləşdirilməsi və müttəfiqlik
münasibətlərinin genişləndirilməsinə dair Bəyannamə,
2022-2026-cı illər üçün əməkdaşlığın
inkişafına dair kompleks proqram və bir sıra başqa sənədlər
imzalanıb. İkitərəfli münasibətlərin
kompleks şəkildə möhkəmlənməsinə xidmət
edən Ali Dövlətlərarası Şuranın təsis
edilməsi də mühüm qərardır.
Səfər zamanı dövlət
başçılarının iştirakı ilə
imzalanmış bir sıra yeni sazişlər çoxşaxəli tərəfdaşlığa
əlavə impuls verəcək.
Qazaxıstan və Azərbaycan
ticari-iqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlıq
edir. Ötən ilin yekunlarına əsasən, ölkələrimiz
arasında əmtəə dövriyyəsinin həcmi
yarım milyard dollara yaxınlaşıb. Lakin,
əlbəttə ki, ticari-iqtisadi tərəfdaşlığın
potensialı əsla tükənməyib. Bu
baxımdan Trans-Xəzər beynəlxalq nəqliyyat
marşrutunun, belə adlandırılan "Orta dəhliz"in
potensialının tam üzə çıxarılması
böyük əhəmiyyət kəsb edir. Söhbət logistika xidmətlərinin təkmilləşdirilməsindən,
vahid nəqliyyat operatorlarının yaradılmasından,
texniki və tarif şərtlərinin modernləşdirilməsindən,
inzibati maneələrin aradan qaldırılmasından və
qapalı logistik dövrənin formalaşmasından gedir.
2022-2027-ci illərdə
"Orta dəhliz"in inkişafına dair yol xəritəsinin
səmərəli reallaşdırılması böyük əhəmiyyət
kəsb edir. Prezidentlər razılaşıbar ki, bu marşruta
artan maraqdan tam yararlanmaq və onun infrastrukturunun
inkişafına üçüncü ölkələri cəlb
etmək lazımdır. Bütün bu tədbirlər,
habelə beynəlxalq tərəfdaşlarla sıx
qarşılıqlı əlaqə Şərq-Qərb istiqamətində
yüklərin çatdırılmasının sabitliyini və
operativliyini təmin etməyə imkan verəcək.
Aparılan
danışıqlar zamanı dövlət
başçıları Qazaxıstan neftinin Azərbaycandan
keçməklə tranzitinin başlanması, "Orta dəhliz"in
imkanlarını tam həcmdə səfərbər etmək
üçün ölkələrimizin nəqliyyat-logistika
infrastrukturlarının birləşdirilməsi üzrə
ciddi işin başlanması barədə qərarlar qəbul
ediblər. Onu da vurğulayaq ki, TDT-nin 10-cu Zirvə
görüşü 2023-cü ilin oktyabr ayında
Qazaxıstanda keçiriləcək.
Bütün bunlar həm Azərbaycan,
həm də digər dost ölkələr üçün
ikiqat əhəmiyyətlidir. Çünki
güclənən məhz türk birliyidir. Bu birlik və yüksək əlaqələrdə
isə Azərbaycan mərkəzi rol alıb və bu proseslərdə
təşəbbüskar şəxsən İlham
Əliyevdir.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2023.-16 aprel.- S.1-2.