İşsizlikdən
sığorta haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
16-cı bəndini rəhbər
tutaraq qərara alır:
"İşsizlikdən sığorta
haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 8, maddə 1514; 2018, ¹ 12 (I kitab), maddə 2503; 2019, ¹
3, maddə 381, ¹ 8, maddə
1382; 2020, ¹ 5, maddə 521, ¹ 9, maddə 1137, ¹ 11, maddə
1322; 2021, ¹ 3, maddə 212; 2022, ¹ 1, maddə 9; Azərbaycan Respublikasının 2022-ci il
29 noyabr tarixli 655-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər
edilsin:
1. 2.0.14-cü maddənin
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz
edilsin və aşağıdakı məzmunda
2.0.15 - 2.0.17-ci maddələr əlavə edilsin:
"2.0.15.
işsizlikdən sığorta fondu - dövlətin mülkiyyətində
olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata
keçirilən və
dövlət büdcəsindən
kənar müstəqil
büdcəyə malik
olan məqsədli dövlət maliyyə fondu;
2.0.16. sərbəst vəsait - işsizlikdən
sığorta fondunun büdcəsinin icrasının
yarımillik və illik nəticələrinə
görə gəlir və xərclər arasında müəyyən
edilən müsbət qalıq;
2.0.17. investisiya gəliri
- investisiya fəaliyyətinin
həyata keçirilməsi
nəticəsində əldə
olunan vəsait ilə həmin vəsaitin əldə edilməsinə çəkilən
xərc arasındakı
fərq.".
2. 20-ci maddə üzrə:
2.1.
20.2-ci maddəyə "olunur"
sözündən sonra
"(bu Qanunun
20.3-cü maddəsində nəzərdə
tutulan fəaliyyət
istisna olmaqla)" sözləri əlavə
edilsin;
2.2. aşağıdakı məzmunda 20.3-cü və
20.4-cü maddələr əlavə
edilsin:
"20.3. Müvafiq icra
hakimiyyəti orqanının
müəyyən etdiyi
orqan (qurum) işsizlikdən sığorta
fondunun sərbəst vəsaitlərini investisiyaya
yönəldə bilər. İnvestisiyaya yönəldilən sərbəst
vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı
Azərbaycan Respublikasının
Mərkəzi Bankında
açılmış hesaba
toplanır və onların uçotu ayrıca aparılır.
İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə
olunmamış qalığı
növbəti büdcə
ilinə sərbəst
vəsaitin investisiyaya
yönəldilən hissəsi
kimi keçirilir.
20.4. İşsizlikdən sığorta
fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və
investisiya gəlirlərindən
istifadə edilməsi
qaydasını müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) müəyyən edir.".
3. 22.1-ci maddənin birinci cümləsi çıxarılsın.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2023-cü il
Azərbaycan.- 2023.-18 aprel.- S.2.