Azərbaycan Respublikası
Prezidentinin Fərmanı“İşsizlikdən
sığorta haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2023-cü il 7 mart tarixli
836-VIQD nömrəli Qanununun
tətbiqi və Azərbaycan Respublikası
Prezidentinin “İşsizlikdən
sığorta haqqında”
Azərbaycan Respublikasının
2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Azərbaycan
Respublikası Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin
təmin edilməsi ilə bağlı bir sıra tədbirlər
haqqında” 2020-ci il
30 iyun tarixli 1077 nömrəli fərmanlarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “İşsizlikdən
sığorta haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2023-cü il 7 mart tarixli
836-VIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən
edilsin ki:
1.1.“İşsizlikdən
sığorta haqqında”
Azərbaycan Respublikası
Qanununun 2.0.15-ci maddəsində,
20.3-cü maddəsinin birinci
cümləsində və
20.4-cü maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.2. həmin
Qanunun 20.4-cü maddəsində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti
nəzərdə tutulur;
1.3. həmin Qanunun 2.0.15-ci maddəsində
və 20.3-cü maddəsinin
birinci cümləsində
“orqan (qurum)” dedikdə Dövlət Məşğulluq Agentliyi
qismində Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.
2. “İşsizlikdən
sığorta haqqında”
Azərbaycan Respublikasının
2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 8, maddə
1516; 2018, ¹ 12 (I kitab), maddə
2579; 2019, ¹ 6, maddə 1038, ¹ 7, maddə 1217, ¹ 12, maddə
1922; 2020, ¹ 5, maddə 561, ¹ 7, maddə 861, ¹ 9, maddə
1143, ¹ 11, maddə 1348; 2021, ¹ 3, maddə 219; 2022, ¹ 8, maddə
856) 2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 2.1-ci bəndə
“Qanununun” sözündən
sonra “2.0.15-ci,” sözləri
əlavə edilsin, həmin bənddə
“19.0.5-ci,” sözləri “19.0.5-ci maddələrində, 20.3-cü maddəsinin birinci cümləsində, 20.4-cü,” sözləri ilə əvəz edilsin və həmin bənddən “22.1-ci maddəsinin
birinci cümləsində,”
sözləri çıxarılsın;
2.2. aşağıdakı
məzmunda 2.1-1-ci bənd
əlavə edilsin:
“2.1-1. həmin Qanunun 20.4-cü maddəsində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti
nəzərdə tutulur;”;
2.3. 2.8-ci bənddə
“22.1-ci” sözləri “2.0.15-ci maddəsində və
20.3-cü” sözləri ilə
və “Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu” sözləri “Dövlət
Məşğulluq Agentliyi”
sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2020, ¹ 6, maddə
718; 2021, ¹ 5, maddə 446, ¹ 6 (I kitab), maddə 572, ¹ 8, maddə 923, ¹ 9, maddə
987, ¹ 12, maddə 1403; 2022, ¹ 4, maddələr 323, 329) ilə
təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 3.1.12-ci yarımbəndi
ləğv edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər
Kabineti “İşsizlikdən
sığorta haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2023-cü il 7 mart tarixli 836-VIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
17 aprel 2023-cü il
Azərbaycan.- 2023.- 18 aprel.-
S.2.