“İşsizlikdən
sığorta fondunun sərbəst vəsaitinin
investisiyaya yönəldilməsi
və investisiya gəlirlərindən istifadə
edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “İşsizlikdən sığorta
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2023-cü il 7 mart tarixli
836-VIQD nömrəli Qanununun
icrasını təmin
etmək məqsədilə
qərara alıram:
1.“İşsizlikdən sığorta
fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və
investisiya gəlirlərindən
istifadə edilməsi
Qaydası” təsdiq edilsin (əlavə olunur).
2.Azərbaycan Respublikasının
Nazirlər Kabineti və Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu Fərmandan
irəli gələn məsələləri həll
etsinlər.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
17 aprel 2023-cü il
Azərbaycan.- 2023.- 18 aprel.- S.3.