M.Q.İbrahimovun Azərbaycan Respublikası Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Mürsəl Qorxmaz oğlu İbrahimov Azərbaycan Respublikası Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinin rəisi təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
17 aprel 2023-cü il
Azərbaycan.- 2023.-18 aprel.- S.2.