Ombudsman: “Azərbaycan
Bayrağının təhqir edilməsi Ermənistanda ölkəmizə
qarşı nifrət siyasətinin nəticəsidir”
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən saxlanılmış azərbaycanlı hərbi qulluqçuların hüquqlarının təmini məsələsini mandatları çərçivəsində diqqətdə saxlamaları üçün aidiyyəti beynəlxalq və regional təşkilatlara məktubla müraciət edib.
Bu barədə
AZƏRTAC-a Ombudsman Aparatından
məlumat verilib.
Müraciətdə xüsusilə
Azərbaycan Silahlı
Qüvvələrinin əsgərinin
qeyri-insani rəftara məruz qalması ilə bağlı Ermənistan mediasında yayımlanmış video və
fotoların araşdırılması
tələb olunub,
Ombudsman tərəfindən bu məsələ ilə bağlı Beynəlxalq Qırmızı
Xaç Komitəsinin
mərkəzi və Bakı ofisinə məktub ünvanlandığı
bildirilib.
Eyni zamanda, müraciətdə
ötən gün hərbi qulluqçularımıza
baş çəkən
Ermənistan ombudsmanının
onların işgəncə
və ya pis rəftarla əlaqədar şikayətlərinin
olmadığı barədə
açıqlamasına da
toxunulub. Azərbaycanlı əsgərin zorakılığa
məruz qalmasının
açıq-aşkar əks
olunduğu foto və videokadrlardan sonra Ermənistan Ombudsman təsisatı tərəfindən
verilmiş həqiqəti
əks etdirməyən
və törədilən
hüquq pozuntularının
gizlədilməsinə yönələn
bu açıqlamanın
narahatlıq doğurduğu
diqqətə çatdırılıb.
Azərbaycan Ombudsmanı bu
baxımdan aidiyyəti
beynəlxalq və
regional təşkilatlar tərəfindən
həmin hüquq pozuntularına mandatları
çərçivəsində operativ reaksiya verilməsini təkidlə
tələb edib.
Bununla yanaşı,
Ombdusman və onun Milli Preventiv
Qrupu tərəfindən
həm İkinci Qarabağ müharibəsi
zamanı erməni hərbi əsirlərə,
həm də postmüharibə dövründə
azad edilmiş ərazilərimizdə saxlanılmış
erməni hərbi dəstə üzvlərinə
dəfələrlə başçəkmələr
həyata keçirildiyi,
bununla bağlı çoxsaylı mətbuat
açıqlamaları yayımlandığı
vurğulanıb.
Müraciətdə beynəlxalq
hüququn və beynəlxalq humanitar hüququn norma
və prinsiplərinin
kobud şəkildə
pozulması ilə törədilən bu əməllərlə yanaşı,
bu günlərdə ağırlıqqaldırma üzrə
Avropa çempionatında
Azərbaycan bayrağının
təhqir edilməsi faktının da Ermənistanda geniş təbliğ edilən Azərbaycana qarşı nifrət siyasətinin nəticəsi olduğu qeyd edilib.
Yekunda ombudsman hərbi qulluqçularımızın
ailə üzvləri
ilə videozəng vasitəsilə əlaqə
yaratmalarına və təhlükəsizlikləri təmin
edilməklə ölkəmizə
geri qaytarılmalarına
dəstək göstərilməsi
məqsədilə həmin
qurumlara çağırış
edib.
Azərbaycan.- 2023.-18 aprel.- S.7.