Aİ və AŞ-nin Azərbaycanda
həyata keçirəcək yeni layihələrinin
təqdimatı olub
Avropa İttifaqı (Aİ) və Avropa Şurasının (AŞ) “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq (PGG III)” proqramının 2023-2027-ci illər üzrə üçüncü mərhələsi çərçivəsində Azərbaycanda həyata keçiriləcək yeni layihələrinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimatda çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Zix bu təşəbbüs çərçivəsində layihələrin reallaşması üçün investisiyanın 80 faizi Aİ, 20 faizini isə AŞ tərəfindən ayrıldığını söyləyib. O, həyata keçiriləcək layihələrin yaxşı idarəçilik, korrupsiya ilə mübarizə, qadınlara qarşı diskriminasiya və şiddətə qarşı mübarizə sahələrini əhatə edəcəyini deyib: “Azərbaycan, Ermənistan, Gürcüstan və Ukraynada ümumilikdə 21 layihə həyata keçirəcəyik. Dörd layihənin Azərbaycanda reallaşması nəzərdə tutulub. Eyni zamanda Azərbaycan 3 regional layihədə iştiraka dəvət olunub”.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko qeyd edib ki, bu proqram “Şərq Tərəfdaşlığı” ölkələrinin qanunvericiliyinin, idarəçiliyin yaxşılaşdırılmasına və Avropa standartlarına uyğunlaşdırılmasına xidmət edir.
“Reallaşdırılan
layihələrin effektiv
nəticələri var. Biz Azərbaycan Xarici İşlər Nazirliyinə
bu proqramın həyata keçirilməsində
koordinasiya fəaliyyətinə
görə təşəkkür
edirik. "Yaxşı
idarəçilik üçün
tərəfdaşlıq" proqramının büdcəsi
2.5 milyon avrodur. Yeni layihələr ədalət
mühakimələrini səmərəliliyinin
və keyfiyyətinin güclənməsinə, bərabərliyin
təşviqinə töhfə
verəcək. Yaxşı
idarəçilik stabilliyə,
iqtisadi inkişafa aparır", - deyə P.Mixalko vurğulayıb.
Təqdimat mərasimində çıxış
edən Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnsan Hüquqları Təsisatları ilə Əməkdaşlıq İdarəsinin
rəisi Aysel Yaqubova ədliyyə hüquq sistemində reallaşan islahatlar barədə məlumat verib. O bildirib ki, Azərbaycan 2015-ci ildən
bəri bu proqramın benefisiarları
arasındadır: “Hesab
edirik ki, bu proqram həm
də Aİ və Avropa Şurasının əməkdaşlığının uğurlu nümunəsidir.
Bu təşəbbüs Azərbaycanda reallaşan islahatları gücləndirmək
və tamamlamaq xarakteri daşıyır”.
Qeyd edək ki, Azərbaycanda Aİ və AŞ tərəfindən
birgə maliyyələşdirilən
və ümumi büdcəsi 2,5 milyon avro olan
4 xüsusi layihə həyata keçiriləcək.
Onlar proqramın əvvəlki mərhələlərinin
nəticələri əsasında
hazırlanıb və
Azərbaycan qurumlarına
iqtisadi cinayətlərin
qarşısı almaq
və mübarizə aparmaq, mediasiyanı təşviq etməklə
məhkəmə islahatlarına
dəstək vermək,
bərabərliyi təşviq
etmək, habelə qadınlara qarşı zorakılıq və məişət zorakılığının
qarşısını almaq
və onunla mübarizə aparmaq üçün institusional
bacarıqların daha
da gücləndirilməsində
kömək etmək məqsədi daşıyır.
Azərbaycanın da iştirak etdiyi regional səviyyədə
iqtisadi cinayətlərə
qarşı mübarizə
aparmaq, bərabərlik
və ayrı-seçkiliyə
yol verməmək, qadınların ədalət
mühakiməsinə çıxış
imkanlarını artırmaq
üçün 3 layihə
həyata keçirilir.
Azərbaycan.- 2023.-19 aprel.- S.10.