“İnsan hüquqlarının və
əsas azadlıqların müdafiəsi haqqında”
Konvensiyanın 16 nömrəli Protokolunun
təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
“İnsan hüquqlarının və
əsas azadlıqların
müdafiəsi haqqında”
Konvensiyanın 2013-cü il oktyabrın 2-də
Strasburq şəhərində
imzalanmış 16 nömrəli
Protokolu Azərbaycan Respublikasının müvafiq
bəyanatı ilə
təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
24 fevral 2023-cü il
Azərbaycan.- 2023.-20 aprel.- S.2.