Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 1 noyabr
tarixli18 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini
təmin edən informasiya sistemi
haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il
1 noyabr tarixli 18 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, № 11, maddə 1322; 2022, № 8, maddə 866) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
Ünvan Reyestrinin fəaliyyətini təmin
edən informasiya sistemi haqqında Əsasnamə"də aşağıdakı
dəyişikliklər edilsin:
1. 2.7-ci bəndin
birinci cümləsində
"Ünvanlar təyin"
sözləri "Ünvan
məlumatları daxil"
sözləri ilə,
"ünvanı təyin"
sözləri "ünvan
məlumatlarını daxil"
sözləri ilə əvəz edilsin.
2. 3.3.2-ci yarımbəndə
"məlumatları" sözündən
sonra "rəqəmsal"
sözü əlavə
edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 aprel 2023-cü il
Azərbaycan.- 2023.- 20 aprel.-
S.2.