Bakı şəhərinin inzibati ərazisində
avtomobil nəqliyyatı sahəsində
idarəetmənin təkmilləşdirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Bakı şəhərinin
inzibati ərazisində
avtomobil nəqliyyatı,
o cümlədən yol
hərəkətinin təşkili
sahəsində tənzimləmə
və idarəetmə mexanizmlərinin
təkmilləşdirilməsi, ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri
ilə müntəzəm
sərnişindaşıma və taksi minik
avtomobilləri ilə
sərnişindaşıma sahəsində rəqabətin,
o cümlədən göstərilən
xidmətlərin təhlükəsizliyinin
və keyfiyyətinin yüksəldilməsi məqsədilə
qərara alıram:
1.Bakı şəhərinin
inzibati ərazisində
yol hərəkətinin
təşkilində iştirak
edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri
ilə müntəzəm
sərnişindaşıma və taksi minik
avtomobilləri ilə
sərnişindaşıma sahəsində tənzimləmənin
və nəzarətin
həyata keçirilməsi
Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyinə həvalə
edilsin.
2.Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü
Nəqliyyat Agentliyi (bundan sonra - Agentlik) Bakı Şəhər İcra Hakimiyyəti başçısının
tabeliyindəki "Bakı
Nəqliyyat Agentliyi"
publik hüquqi şəxsin ona qoşulması formasında
yenidən təşkil
edilsin.
3. Bakı Şəhər İcra Hakimiyyəti başçısının
tabeliyindəki "Bakı
Nəqliyyat Agentliyi"
publik hüquqi şəxsin balansındakı
əmlak Agentliyin balansına verilsin.
4. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
4.1.bu Fərmanın 1-ci və
2-ci hissələri nəzərə
alınmaqla normativ-hüquqi
aktların təkmilləşdirilməsi
ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
4.2. bu
Fərmanın 2-ci hissəsi
nəzərə alınmaqla
Agentliyin nizamnamə fondunun miqdarının artırılması barədə
təkliflərini dörd
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
4.3."Bakı Nəqliyyat
Agentliyi" publik hüquqi şəxsin balansındakı əmlakın
Agentliyin balansına verilməsini üç
ay müddətində təmin
etsin;
4.4. bu
Fərmanın 4.3-cü bəndi
nəzərə alınmaqla
Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi
üçün zəruri
tədbirlər görsün;
4.5. bu
Fərmandan irəli gələn digər məsələləri həll
etsin.
5. Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi:
5.1. Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi ilə birlikdə Agentliyin yenidən təşkili, o
cümlədən "Bakı
Nəqliyyat Agentliyi"
publik hüquqi şəxsin fəaliyyətinə
xitam verilməsinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin;
5.2. bu
Fərmandan irəli gələn digər məsələlərin həlli
üçün tədbirlər
görsün.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 aprel 2023-cü il
Azərbaycan.- 2023.- 20 aprel.- S.2.