Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi
ilə əlaqədar yaralananların və şəhid ailələrinin
təminatına dəstək fonduna
(YAŞAT Fondu) maliyyə dəstəyi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasının
ərazi bütövlüyünün
müdafiəsi ilə
əlaqədar şəhid
olmuş şəxslərin
ailələrinin və
hərbi əməliyyatlar
nəticəsində əlilliyi
müəyyən olunmuş
şəxslərin sosial
müdafiəsi sahəsində
dövlət tərəfindən
həyata keçirilən
tədbirlərə əlavə
dəstək verilməsi
istiqamətində vətəndaş
cəmiyyəti təşəbbüslərinin
reallaşdırılması üçün müvafiq
platformanın yaradılması,
bu sahədə şəffaflığın, hesabatlılığın
və ictimai nəzarətin təmin edilməsi məqsədilə
Azərbaycan Respublikasının
Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1203 nömrəli Fərmanı
ilə "YAŞAT" Fondu
yaradılmışdır. Ötən dövr ərzində Fond əsas missiyasını yerinə
yetirmiş, bütün
müraciət edən
Vətən müharibəsi
şəhidlərinin ailə
üzvlərinə və
əlilliyi müəyyən
olunmuş şəxslərə
dəstək göstərilmiş,
36.553 müraciət təmin
edilmiş, bu məqsədlə Fondun büdcəsindən 75.575.943 manat
vəsait təyinatı
üzrə xərclənmişdir.
"YAŞAT" Fonduna
əlavə dəstək
verilməsi məqsədilə
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının ərazi
bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş
hərbi qulluqçuların
və şəhid olmuş şəxslərin
ailə üzvlərinin
və dövlət orqanlarının (qurumlarının)
işğaldan azad edilmiş ərazilərdə
xidməti vəzifələrini
yerinə yetirərkən,
habelə hərbi əməliyyatlar bitdikdən
sonra onların nəticələrinin aradan
qaldırılmasında iştirak
etməsi nəticəsində
əlilliyi müəyyən
olunmuş əməkdaşlarının
və ya həlak olmuş əməkdaşların ailə
üzvlərinin müalicə
və psixoloji dəstək xərclərinin
ödənilməsi üçün
Azərbaycan Respublikasının
2023-cü il dövlət
büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
Ehtiyat Fondundan Azərbaycan Respublikasının
ərazi bütövlüyünün
müdafiəsi ilə
əlaqədar yaralananların
və şəhid ailələrinin təminatına
dəstək fonduna
("YAŞAT" Fondu) 5,0 (beş) milyon manat vəsait ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyi bu Sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 aprel 2023-cü il
Azərbaycan.- 2023.-20 aprel.-
S.3.