İnsan hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında Konvensiyanın 16 nömrəli Protokolunun təsdiq edilməsi barədə Azərbaycan
Respublikasının 2023-cü il 24 fevral tarixli 821-VIQ nömrəli
Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq,
"İnsan hüquqlarının
və əsas azadlıqların müdafiəsi
haqqında" Konvensiyanın
16 nömrəli Protokolunun
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikasının 2023-cü il 24 fevral tarixli
821-VIQ nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1.Azərbaycan Respublikası
qanunlarının və
Azərbaycan Respublikası
Prezidentinin aktlarının
"İnsan hüquqlarının
və əsas azadlıqların müdafiəsi
haqqında" Konvensiyanın
16 nömrəli Protokolunun
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikasının 2023-cü il 24 fevral tarixli
821-VIQ nömrəli Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. həmin
Qanundan irəli gələn digər məsələləri həll
etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
19 aprel 2023-cü il
Azərbaycan.- 2023.-20 aprel.-
S.3.