Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı ilə təsdiq edilmiş Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi aparılması Qaydalarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 11 aprel tarixli 564 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 4, maddə 326; 2008, ¹ 6, maddə 495, ¹ 11, maddələr 969, 980; 2013, ¹ 6, maddə 656; 2014, ¹ 10, maddə 1176; 2016, ¹ 2 (II kitab), maddə 243, ¹ 3, maddə 457, ¹ 8, maddə 1376; 2017, ¹ 8, maddə 1521; 2018, ¹ 2, maddə 208, ¹ 9, maddə 1840; 2020, ¹ 9, maddə 1140; 2021, ¹ 1, maddə 38; 2022, ¹ 5, maddə 469, ¹ 8, maddə 845; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 fevral tarixli 2019 nömrəli 30 mart tarixli 2077 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi aparılması Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

"2.3-1. Daşınar əmlakın reyestrlərdə qeydiyyatı üçün tələb olunan sənədlərin ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur ya ərizəçi tərəfindən təmin edilir.".

2.2.9-cu bəndin birinci cümləsinə "çatışmazlıqlar" sözündən sonra "(bu Qaydaların 2.3-1-ci bəndinin müddəaları nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

3. Aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin:

"Reyestrlərdən məlumat almaq üçün tələb olunan sənədlərin ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur ya ərizəçi tərəfindən təmin edilir.".

4.3.4.2-ci yarımbəndə "təqdim edilmədikdə" sözlərindən sonra "(bu Qaydaların 3.1-1-ci bəndinin müddəaları nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2023-cü il

 

Azərbaycan.- 2023.- 21 aprel.- S.2.