Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 1, maddə 41; 2019, ¹ 1, maddə 95, ¹ 6, maddə 1027, ¹ 11, maddə 1702, ¹ 12, maddə 1929; 2020, ¹ 3, maddə 231, ¹ 4, maddə 407, ¹ 8, maddə 1044; 2021, ¹ 6 (I kitab), maddə 593, ¹ 12, maddələr 1356, 1430; 2022, ¹ 5, maddə 459, ¹ 11, maddə 1264) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 3.0.18-1-ci yarımbənd əlavə edilsin:

"3.0.18-1. aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı zəruri tədbirlər görmək;".

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2023-cü il

 

Azərbaycan.- 2023.- 21 aprel.- S.2.