Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı ilə təsdiq
edilmiş Aviasiya təhlükəsizliyinin
təmin edilməsi Qaydalarında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 4, maddə 292; 2017, ¹ 1, maddə 50; 2018, ¹ 9, maddə 1840, ¹ 11, maddə 2263; 2019, ¹ 3, maddə 430, ¹ 5, maddə 823; 2020, ¹ 8, maddə 1042; 2022, ¹ 5, maddə 471, ¹ 9, maddə 1028; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 mart tarixli 2056 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1.12-ci, 2.1.65-ci yarımbəndlərdə, 3.1.2-ci yarımbəndin 6-cı və 12-ci abzaslarında, 3.10-cu bənddə "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar" sözləri "Rəqəmsal İnkişaf və Nəqliyyat" sözləri ilə əvəz edilsin.
2. 3.2-ci bənddən "Aviasiya Təhlükəsizliyi üzrə" sözləri çıxarılsın.
3.3.2.2-ci yarımbənddə "işçi orqan olan katiblik" sözləri "təmin etmək üçün Aviasiya Agentliyi onun Katibliyi funksiyasını" sözləri ilə əvəz edilsin və həmin yarımbəndin ikinci cümləsi çıxarılsın.
4.3.12-ci bənddən "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki" sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel
2023-cü il
Azərbaycan.- 2023.- 21 aprel.-
S.3.