Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 22
may tarixli 90 nömrəli
Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamədə
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 22
may tarixli 90 nömrəli
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, № 5, maddə
958; 2019, № 11, maddə 1702; 2022, № 12, maddə 1436) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında Əsasnamə"yə
aşağıdakı məzmunda
3.0.19-1-ci və 3.0.19-2-ci yarımbəndlər
əlavə edilsin:
"3.0.19-1. aviasiya
təhlükəsizliyinin təmin
edilməsi sahəsində
fəaliyyət göstərən
komissiyaların işində
iştirak etmək;
3.0.19-2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti yanında Aviasiya Təhlükəsizliyi
üzrə Respublika İdarələrarası Komissiyanın
Katibliyinin funksiyalarını
həyata keçirmək;".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
20 aprel 2023-cü il
Azərbaycan.- 2023.- 21 aprel.-
S.3.