Dövlət əmlakının qorunub
saxlanılması və səmərəli istifadə edilməsinin
təkmilləşdirilməsi haqqında Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli
586 nömrəli Fərmanında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2007, ¹ 6, maddə 599; 2009, ¹ 3, maddə 163; 2010, ¹ 2, maddə
80, ¹ 7, maddə 610; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 7, maddə
1260, ¹ 8, maddələr 1377, 1384; 2017, ¹ 6, maddə 1080; 2018, ¹ 6, maddə
1200; 2021, ¹ 12, maddə 1351) aşağıdakı dəyişikliklər
edilsin:
1. Həmin Fərmanla təsdiq edilmiş "Özəlləşdirilən
və idarəetməyə
verilən müəssisələrdə
investisiya qoyuluşları
üzərində nəzarətin
həyata keçirilməsi
Qaydaları"na aşağıdakı məzmunda
5.4-1-ci bənd əlavə
edilsin:
"5.4-1. Dövlət
müəssisələrinin, özəlləşdirilən müəssisə
və obyektlərin yerləşdiyi dövlət
mülkiyyətində olan
torpaq sahələrinin
başqa fiziki və hüquqi şəxslərin icarəsinə
və istifadəsinə
verilməsinə, təyinatının
dəyişdirilməsinə, həmin torpaq sahələrində tikinti
və yenidənqurma işlərinin aparılmasına
razılıq alınması
üçün tələb
olunan sənədlərin
və ya məlumatların Elektron Hökumət İnformasiya
Sistemi vasitəsilə
müvafiq dövlət
qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb
edilmir. Belə sənədlərin və
ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün
olmadığı hallarda
onların təqdim edilməsi ərizəçinin
razılığı ilə
sorğu əsasında
müvafiq dövlət
qurumundan tələb olunur və ya ərizəçi tərəfindən təmin
edilir.".
2. Həmin Fərmanla təsdiq edilmiş "Səhmdar cəmiyyətlərində dövlətə
məxsus səhmlərin
idarəetməyə verilməsi
Qaydaları" üzrə:
2.1. aşağıdakı
məzmunda 5.2-1-ci bənd
əlavə edilsin:
"5.2-1. Müsabiqədə
iştirak etmək üçün tələb
olunan sənədlərin
və ya məlumatların Elektron Hökumət İnformasiya
Sistemi vasitəsilə
müvafiq dövlət
qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçıdan tələb
edilmir. Belə sənədlərin və
ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün
olmadığı hallarda
onların təqdim edilməsi iddiaçının
razılığı ilə
sorğu əsasında
müvafiq dövlət
qurumundan tələb olunur və ya iddiaçı tərəfindən təmin
edilir.";
2.2. 5.3-cü bəndin
beşinci abzasına
"tam həcmdə" sözlərindən
sonra "(bu Qaydaların 5.2-1-ci bəndinin
müddəaları nəzərə
alınmaqla)" sözləri
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
20 aprel 2023-cü il
Azərbaycan.- 2023.- 21 aprel.- S.3.