Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydalarında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 9, maddə 798, ¹ 10, maddə 918; 2006, ¹ 5, maddə 408; 2007, ¹ 3, maddə 232, ¹ 8, maddə 765; 2008, ¹ 1, maddə 7, ¹ 8, maddə 719; 2009, ¹ 3, maddə 163; 2013, ¹ 6, maddə 654; 2014, ¹ 2, maddə 112, ¹ 9, maddə 1027, ¹ 10, maddə 1220; 2015, ¹ 7, maddə 829; 2016, ¹ 1, maddə 45, ¹ 6, maddə 1039, ¹ 8, maddə 1375; 2017, ¹ 3, maddə 353, ¹ 8, maddə 1521, ¹ 11, maddə 1996; 2018, ¹ 3, maddə 436, ¹ 9, maddə 1840; 2019, ¹ 7, maddə 1224; 2022, ¹ 5, maddə 471, ¹ 8, maddə 838; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 20 fevral tarixli 2037 nömrəli və 10 mart tarixli 2063 nömrəli fərmanları) ilə təsdiq edilmiş "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1.  Aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

"2.1-1. Əşyaların dövriyyəsinə xüsusi icazə almaq üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunurya ərizəçi tərəfindən təmin edilir.".

2.2.4-cü bəndin birinci cümləsinə birinci halda "çatışmazlıqlar" sözündən sonra "(bu Qaydaların 2.1-1-ci bəndinin müddəaları nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

3.2.8-ci bəndə "təqdim etməlidir" sözlərindən sonra "(bu Qaydaların 2.1-1-ci bəndinin müddəaları nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 aprel 2023-cü il

 

Azərbaycan.- 2023.- 21 aprel.- S.3.