Azərbaycan Respublikası Hökuməti, Türkiyə
Respublikası Hökuməti və Türkmənistan Hökuməti
arasında gömrük əməkdaşlığı
üzrə Birgə Məşvərət Komissiyasının
yaradılmasına dair Anlaşma
Memorandumunun təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. 2022-ci il dekabrın 14-də
Türkmənbaşı şəhərində
imzalanmış "Azərbaycan
Respublikası Hökuməti,
Türkiyə Respublikası
Hökuməti və Türkmənistan Hökuməti
arasında gömrük
əməkdaşlığı üzrə Birgə Məşvərət Komissiyasının
yaradılmasına dair
Anlaşma Memorandumu"
təsdiq edilsin.
2. Bu Fərmanın
1-ci hissəsində göstərilən
Anlaşma Memorandumu qüvvəyə mindikdən
sonra Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi
onun müddəalarının
həyata keçirilməsini
təmin etsin.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyi
Anlaşma Memorandumunun
qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirildiyi barədə
Türkiyə Respublikası
Hökumətinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
27 aprel 2023-cü il
Azərbaycan.- 2023.- 28 aprel.-
S.2.