Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikasının ASAN xidmət təcrübəsindən faydalanaraq, İslam İnkişaf Bankına üzv ölkələrdə onlayn/elektron dövlət xidmətləri göstərilməsinin gücləndirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2023-cü il martın 1-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikasının "ASAN xidmət" təcrübəsindən faydalanaraq, İslam İnkişaf Bankına üzv ölkələrdə onlayn/elektron dövlət xidmətləri göstərilməsinin gücləndirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İslam İnkişaf Bankına bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 aprel 2023-cü il

 

Azərbaycan.- 2023.- 28 aprel.- S.2.