Azərbaycan Respublikası Prezidentinin
2010-cu il 22 iyun tarixli 284 nömrəli Fərmanı ilə təsdiq
edilmiş Daşınmaz dövlət əmlakı
obyektlərinin müsabiqə əsasında icarəyə
verilməsi Qaydalarında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 22
iyun tarixli 284 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, ¹ 6, maddə 499; 2014, ¹ 11, maddə 1423; 2015, ¹ 9, maddə
1007; 2016, ¹ 2 (II kitab), maddə
235; 2019, ¹ 5, maddə 826; 2021, ¹ 1, maddə 38; 2023, ¹ 1, maddə
70; Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
30 mart tarixli 2077 nömrəli
Fərmanı) ilə
təsdiq edilmiş
"Daşınmaz dövlət
əmlakı obyektlərinin
müsabiqə əsasında
icarəyə verilməsi
Qaydaları"nda aşağıdakı
dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda
2.7-1-ci bənd əlavə
edilsin:
"2.7-1. Bu Qaydaların
2.6-cı və 2.7-ci bəndlərində
nəzərdə tutulan
sənədlərin və
ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq
dövlət qurumundan
əldə edilməsi
mümkün olduqda həmin sənədlər
və ya məlumatlar sifarişçidən
tələb edilmir. Belə
sənədlərin və
ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün
olmadığı hallarda
onların təqdim edilməsi sifarişçinin
razılığı ilə
sorğu əsasında
müvafiq dövlət
qurumundan tələb olunur və ya sifarişçi tərəfindən təmin
edilir.".
2.
2.8-ci bəndin birinci
abzasına ikinci halda "təqdim edilmədikdə" sözlərindən
sonra "(bu Qaydaların 2.7-1-ci bəndinin
müddəaları nəzərə
alınmaqla)" sözləri
əlavə edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 aprel 2023-cü il
Azərbaycan.- 2023.- 29 aprel.-
S.4.