Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə
bağlı torpaq müsabiqələrinin
və hərraclarının keçirilməsi Qaydalarında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il
23 oktyabr tarixli 972 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2003, ¹ 10, maddə 577; 2008, ¹ 12, maddə 1063; 2014, ¹ 11, maddə
1421; 2016, ¹ 2 (II kitab), maddə
241; 2023, ¹ 1, maddə 69) ilə
təsdiq edilmiş
"Dövlət və
bələdiyyə mülkiyyətində
olan torpaqların mülkiyyətə və
ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və
hərraclarının keçirilməsi
Qaydaları"na aşağıdakı
məzmunda 9-1-ci bənd
əlavə edilsin:
"9-1. Bu Qaydaların
9-cu bəndində göstərilən
sənədlərin və
ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq
dövlət qurumundan
əldə edilməsi
mümkün olduqda həmin sənədlər
və ya məlumatlar ərizəçidən
tələb edilmir. Belə
sənədlərin və
ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün
olmadığı hallarda
onların təqdim edilməsi ərizəçinin
razılığı ilə
sorğu əsasında
müvafiq dövlət
qurumundan tələb olunur və ya ərizəçi tərəfindən təmin
edilir.".
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
28 aprel 2023-cü il
Azərbaycan.- 2023.- 29 aprel.-
S.4.