Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli
226 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət
əmlakının Registri haqqında
Əsasnamədə dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 9 dekabr tarixli 226 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 12, maddə
706; 2001, ¹ 10, maddə 640; 2006, ¹ 5, maddə 409, ¹ 7, maddə
590; 2010, ¹ 7, maddə 610; 2020, ¹ 12 (I kitab), maddə 1477; 2023, ¹
1, maddə 69) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
dövlət əmlakının
Registri haqqında Əsasnamə"yə aşağıdakı
məzmunda 24-1-ci bənd
əlavə edilsin:
"24-1. Daşınmaz dövlət əmlakı
barədə məlumat
almaq üçün
tələb olunan sənədlərin və
ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq
dövlət qurumundan
əldə edilməsi
mümkün olduqda həmin sənədlər
və ya məlumatlar müraciət
edəndən tələb
edilmir. Belə sənədlərin və
ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə
edilməsi mümkün
olmadığı hallarda
onların təqdim edilməsi müraciət edənin razılığı
ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya müraciət
edən tərəfindən
təmin edilir.".
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 aprel
2023-cü il
Azərbaycan.- 2023.- 29 aprel.- S.4.