Azərbaycan Respublikası Prezidentinin
1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq
edilmiş Özəlləşdirilən
müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması
qaydaları haqqında Əsasnamədə dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 6, maddə 514; 1999, ¹ 5, maddə 306; 2000, ¹ 12, maddə 844; 2001, ¹ 7, maddə 464, ¹ 10, maddə 640; 2002, ¹ 8, maddə 480; 2006, ¹ 7, maddə 590; 2010, ¹ 7, maddə 610; 2022, ¹ 12, maddə 1431) ilə təsdiq edilmiş "Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 12-1-ci hissə əlavə edilsin:
"12-1. Torpaq sahəsini almaq üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisindən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya həmin mülkiyyətçi tərəfindən təmin edilir.".
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 aprel
2023-cü il
Azərbaycan.- 2023.- 29 aprel.- S.4.