Tibbi sığorta haqqında Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
27-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Tibbi sığorta
haqqında" Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 1, maddə 4; 2001, ¹ 3, maddə 141; 2007, ¹ 12, maddə
1212; 2008, ¹ 11, maddə 960; 2014, ¹ 4, maddə 331; 2015, ¹ 4, maddə
352; 2016, ¹ 3, maddə 419; 2018, ¹ 4, maddə 651; 2019, ¹ 1, maddələr
36, 47, ¹ 12, maddə 1904; 2020, ¹ 3, maddə 227, ¹ 5, maddə
521, ¹ 12 (I kitab), maddə
1426; 2021, ¹ 7, maddələr 697, 711; 2022, ¹
3, maddə 193, ¹ 12, maddə
1393; 2023, ¹ 1, maddə 10, ¹ 2, maddə 216) 2.1-ci maddəsinə
"Mülki Məcəlləsindən,"
sözlərindən sonra
"Azərbaycan Respublikasının
Mərkəzi Bankı
haqqında" Azərbaycan
Respublikasının Qanunundan,"
sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
6 iyul 2023-cü il
Azərbaycan.-
2023.- 4 avqust.- S. 2.