Dövlət
satınalmaları haqqında
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu bəndini rəhbər
tutaraq qərara alır:
"Dövlət satınalmaları
haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, ¹ 1, maddə 11, ¹ 12, maddə
706; 2005, ¹ 12, maddə 1083; 2006, ¹ 12, maddə 1005; 2010, ¹ 3, maddə
173, ¹ 4, maddə 276; 2016, ¹ 2 (I kitab), maddə 205, ¹ 4, maddə 628; 2017, ¹ 5, maddə
699; 2018, ¹ 12 (I kitab), maddə
2523; 2019, ¹ 7, maddə
1208, ¹ 8, maddə 1372; 2020, ¹ 5, maddə 525; 2021, ¹ 6 (I kitab),
maddə 559, ¹ 7, maddə
719, ¹ 12, maddələr 1313, 1342; 2023, ¹ 4, maddə 456) aşağıdakı
dəyişikliklər edilsin:
1. 1.1-ci maddədə
"1.6-cı" sözləri
"1.7-ci" sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 1.7-ci maddə əlavə edilsin:
"1.7. Bu Qanun
"Azərbaycan Respublikasının
Mərkəzi Bankı
haqqında" Azərbaycan
Respublikası Qanununun
65-1-ci maddəsində nəzərdə
tutulmuş hallarda Azərbaycan Respublikasının
Mərkəzi Bankı
tərəfindən həyata
keçirilən satınalmalara
şamil edilmir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
6 iyul 2023-cü il
Azərbaycan.- 2023.- 4 avqust.-
S. 2.