Auditorun peşə məsuliyyətinin
icbari sığortası
haqqında Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
27-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Auditorun peşə
məsuliyyətinin icbari
sığortası haqqında"
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2007, № 8, maddə
747; 2008, № 11, maddə 960; 2015, № 4, maddə 350; 2016, № 3, maddə
418; 2019, № 1, maddə 31, № 4, maddə 599) aşağıdakı
dəyişikliklər edilsin:
1. 2.1-ci maddəyə "Auditor xidməti haqqında" sözlərindən
sonra ", "Azərbaycan
Respublikasının Mərkəzi
Bankı haqqında"
sözləri əlavə
edilsin.
2. 8.9-cu maddənin üçüncü
cümləsindən "və
maliyyə bazarlarına
nəzarət orqanına
ödənilən haqlardan"
sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
6 iyul 2023-cü il
Azərbaycan.-
2023.- 4 avqust.- S. 2.