Sahibkarlıq
sahəsində aparılan
yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu bəndini rəhbər
tutaraq qərara alır:
"Sahibkarlıq sahəsində
aparılan yoxlamaların
tənzimlənməsi və
sahibkarların maraqlarının
müdafiəsi haqqında"
Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013, № 8, maddə
890; 2016, № 3, maddə 428, № 11, maddə 1768, № 12, maddə
2016; 2017, № 5, maddə 739; 2018, № 11, maddələr 2187, 2200; 2019, № 1, maddə 29, № 2, maddə
201, № 6, maddə 1005; 2020, № 7, maddə 857; 2021, № 5, maddə
429; 2022, № 7, maddə 698; 2023, № 4, maddə 450) aşağıdakı
dəyişikliklər edilsin:
1. 2.2-ci maddədən "və maliyyə bazarları sahəsində
aparılan yoxlamalara"
sözləri çıxarılsın.
2. Aşağıdakı məzmunda 2.2-3-cü maddə
əlavə edilsin:
"2.2-3. Maliyyə bazarları sahəsində
aparılan yoxlamalar
"Azərbaycan Respublikasının
Mərkəzi Bankı
haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq tənzimlənir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
6 iyul 2023-cü il
Azərbaycan.- 2023.- 4 avqust.- S.
2.