Mühasibat
uçotu haqqında Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
27-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Mühasibat uçotu
haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 8, maddə 605; 2008, ¹ 12, maddə 1049; 2010, ¹ 4, maddələr
265, 276; 2012, ¹ 6, maddələr 512, 529;
2013, ¹ 1, maddə 18; 2015, ¹ 7, maddə 819; 2016, ¹ 10, maddələr
1601, 1609, ¹ 11, maddə 1754; 2017, ¹ 3, maddə 333; 2018, ¹ 6, maddə
1179; 2019, ¹ 1, maddə 28, ¹ 4, maddə 599, ¹ 5, maddə
797, ¹ 8, maddə 1365; 2021, ¹ 1, maddə 6, ¹ 12, maddə
1298; 2023, ¹ 4, maddə 453) aşağıdakı
dəyişikliklər edilsin:
1. 4.2-ci maddəyə aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
"Azərbaycan Respublikasının
Mərkəzi Bankı
mühasibat uçotunu
bu Qanunun 12-1.1-ci maddəsi ilə müəyyən edilmiş
uçot qaydalarına
uyğun aparır.".
2. Aşağıdakı məzmunda 12.3-2-ci maddə
əlavə edilsin:
"12.3-2. Bu Qanunun
12.3.1-ci maddəsinin tələbi
kredit təşkilatları,
sığortaçılar, təkrarsığortaçılar, investisiya fondları və bu fondların
idarəçiləri, habelə
qiymətli kağızlar
bazarında lisenziyalaşdırılan
şəxslərə tətbiq
edilmir. Həmin şəxslər illik maliyyə hesabatlarını
və birləşdirilmiş
(konsolidə edilmiş)
maliyyə hesabatlarını
auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifəsində
dərc etdirməlidirlər.".
3. 12-1.1-ci maddəyə aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
"Azərbaycan Respublikasının
Mərkəzi Bankında
mühasibat uçotunun
aparılması qaydaları
Maliyyə Hesabatlarının
Beynəlxalq Standartlarına
əsasən Azərbaycan
Respublikası Mərkəzi
Bankının İdarə
Heyəti tərəfindən
müəyyən edilir.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
6 iyul 2023-cü il
Azərbaycan.- 2023.- 4 avqust.-
S. 2.