Çinin
İlham Əliyevə
xüsusi münasibəti
və ehtiramı ciddi göstəricidir
Bu yaxınlarda
Bakı Şəhər
İcra Hakimiyyətinin
başçısı Eldar
Əzizovun başçılıq
etdiyi nümayəndə
heyəti Çin tərəfinin dəvəti
ilə Pekin və Sıçuan vilayətinin Çendu şəhərində işgüzar
səfərdə olub.
Səfər çərçivəsində
Çinin ən böyük vilayətlərindən
olan Siçuanın qubernatoru və Pekin şəhər meriyasının rəhbərliyi
ilə görüşlər
keçirilib və əməkdaşlığa dair
planlar müzakirə edilib.
Eldar Əzizov Pekin və Sıçuan
vilayətinin rəhbərləri
ilə keçirilən
2 görüşü xüsusi
qeyd edərək bildirib ki, "bu şəhərlərin
rəhbərləri birmənalı
olaraq qeyd ediblər ki, İlham
Əliyev böyük
şəxsiyyətdir. O, müstəqil
siyasət yürüdür,
islahatlar aparır və bu səbəbdən
də Azərbaycan postsovet məkanında seçilir. Biz Azərbaycanla ilk növbədə İlham
Əliyev faktorunu nəzərə alaraq əməkdaşlıq etmək
və iqtisadi münasibətləri inkişaf
etdirmək niyyətindəyik".
Səfər zamanı
Sıçuan Universitetinin
həkimləri COVID-19 pandemiyası
dövründə Bakıda
işlədikləri zaman
ölkəmizin Birinci
vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən hər
cür diqqət və qayğı ilə əhatə olunduqlarını xüsusi
minnətdarlıqla xatırladıblar.
Eldar Əzizov vurğulayıb ki, dünyanın ən böyük və ən güclü ölkələrindən biri sayılan Çinin Azərbaycan rəhbərinə xüsusi münasibəti və ehtiramı ciddi göstəricidir.
Azərbaycan.-
2023.- 4 avqust.- S.6.