Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin
edilməsi, hesablanması,
yenidən hesablanması,
bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik
edilməsi haqqında
¹ 257
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
“Əmək pensiyaları
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2022-ci il
5 noyabr tarixli 627-VIQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 15
dekabr tarixli 1902 nömrəli Fərmanının
icrasını təmin
etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2022, ¹ 4, maddə
421; 2023, ¹ 2, maddə 315; Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2023-cü il
25 iyun tarixli 210 nömrəli Qərarı)
ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin
edilməsi, hesablanması,
yenidən hesablanması,
bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 1.1-ci bənddən “bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla,” sözləri
çıxarılsın;
1.2. 1.2-ci, 6.2-ci bəndlər,
6.1.3-cü və 6.1.5-ci yarımbəndlər
ləğv edilsin;
1.3. 5.7-ci bəndə “nəzərə alınır”
sözlərindən əvvəl
“(pensiya təyinatı tarixinədək)”
sözləri əlavə
edilsin;
1.4. 6.1.1-ci yarımbəndə “sığorta hissəsi” sözlərindən sonra
“, Qanunun 20-ci maddəsinə
əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin
edilmiş əmək
pensiyaçılarına münasibətdə
həmin əlavələrlə
birlikdə müəyyən
edilmiş məbləği”
sözləri əlavə
edilsin;
1.5. 6.5-ci bənddə
“6.1.3-6.1.5-ci” sözləri “6.1.4-cü” sözləri ilə əvəz edilsin.
2. Bu Qərar
2023-cü il yanvarın
1-dən tətbiq edilir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
1 avqust 2023-cü il
Azərbaycan.-
2023.- 4 avqust.- S. 8.