İordaniyanın
səfiri: Azərbaycan
tərəfindən irəli
sürülən qlobal
təşəbbüslər təqdirəlayiqdir
Avqustun 3-də xarici
işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər
Krallığının Azərbaycandakı
səfiri Sami Abdulla Goşehini ölkəmizdəki diplomatik
fəaliyyət müddətinin
başa çatması
ilə əlaqədar
qəbul edib.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki,
görüşdə iki
ölkə arasında
ikitərəfli, o cümlədən
çoxtərəfli əməkdaşlıq
gündəliyində duran
məsələlər, münasibətlərin
inkişaf perspektivləri
müzakirə olunub.
Nazir Ceyhun Bayramov fəaliyyəti müddətində Azərbaycan
və İordaniya arasında münasibətlərin
inkişafında göstərdiyi
səylərə görə
səfir Sami Abdulla Goşehiyə təşəkkür edib,
ona gələcək fəaliyyətində uğurlar
arzulayıb.
İki ölkə
arasında müxtəlif,
o cümlədən siyasi,
iqtisadi, humanitar, mədəniyyət, turizm
və sair sahələr üzrə qarşılıqlı faydalı
əməkdaşlıq gündəliyinin
mövcudluğundan bəhs
edən nazir əlaqələrin inkişafında
qarşılıqlı təmasların,
siyasi məsləhətləşmələr
mexanizminin əhəmiyyətini
qeyd edib. Regional və beynəlxalq təşkilatlar, platformalar,
o cümlədən Qoşulmama
Hərəkatı (QH), İslam
Əməkdaşlıq Təşkilatı
(İƏT) çərçivəsində
əməkdaşlığın bundan sonra da
davam etdirilməsinin vacibliyi vurğulanıb.
Səfir Sami Abdulla Goşehi Azərbaycanda səfir qismində diplomatik fəaliyyətdə olduğu
müddət ərzində
ölkəmiz tərəfindən
irəli sürülən
qlobal təşəbbüslərin
təqdirəlayiq olduğunu
bildirib. İordaniya ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə daha sıx əməkdaşlıq
üçün perspektivlərin
olduğu, bu xüsusda iki ölkə arasında təmasların davam etdirilməsinin vacibliyi qeyd olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2023.- 4 avqust.- S.
9.