Medianın
İnkişafı Agentliyi
Şuşa Qlobal Media
Forumunun iştirakçılarına
qarşı aparılan
təhdid kampaniyası
ilə bağlı bəyanat yayıb
Azərbaycan Respublikasının
Medianın İnkişafı
Agentliyi Şuşada keçirilmiş “4-cü Sənaye
İnqilabı dövründə
Yeni Media” mövzusunda
Qlobal Media Forumunun iştirakçılarına qarşı
sosial şəbəkələrdə
aparılan təhdid kampaniyası ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda
deyilir: “İyulun
21-23-də Azərbaycanın mədəniyyət paytaxtı
Şuşa şəhərində
keçirilmiş, dünyanın
49 ölkəsindən 150 xarici
qonağın, o cümlədən
34 ölkənin dövlət
informasiya agentliyi, 12 beynəlxalq təşkilat,
media qurumu rəhbərlərinin, yüksək
səviyyəli media ekspertlərinin və jurnalistlərin iştirak etdikləri “4-cü Sənaye
İnqilabı dövründə
Yeni Media” Qlobal Media Forumu gələcəyə
yönəlik ciddi, peşəkar mesajları ilə beynəlxalq ictimai rəydə mühüm əhəmiyyət
kəsb edən tarixi hadisə kimi xarakterizə olunmaqdadır”.
Həmçinin bildirilir
ki, Forumun keçirilməsində məqsəd
az qala işıq
sürəti ilə yeniləşən, texnoloji
innovasiyalara şahidlik
edən dünyamızda
insanlara ictimai əhəmiyyətli xəbərlər
verən jurnalistikanın
gələcək inkişaf
istiqamətlərini müzakirə
etmək olub. Forumda rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər və bu kontekstdə
medianın rolu barədə ətraflı
müzakirələr aparılıb,
ənənəvi medianın
bugünkü rolu, gələcəyi, yeni tendensiyalar fonunda jurnalistikada yaranan çətinliklər və
aktuallaşan yeni istiqamətlər, eləcə
də bu sahədə rəqəmsal
alətlərin tətbiqinin
yaratdığı nəticələr
diqqət mərkəzində
olub.
“Lakin təəssüflər olsun ki, “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun mahiyyətini bilərəkdən siyasiləşdirməyə çalışan Ermənistan hökuməti və ona yaxın dairələr öz məhdud merkantil maraqlarından çıxış edərək bu mötəbər tədbirdə iştirak etmiş yüksək səviyyəli ekspertlər, beynəlxalq ictimai rəydə nüfuza malik olan jurnalistlər haqqında sosial şəbəkələrdə qarayaxma və nifrət kampaniyası aparır, onların reputasiyasına kölgə salmağa cəhd edərək media etikası ilə heç bir halda uyuşmayan mövqe sərgiləyirlər. Biz Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi olaraq Azərbaycan jurnalistləri adından belə qarayaxma kampaniyasını pisləyir, bunu azad sözə və jurnalistikaya qarşı terror kimi qiymətləndirir, peşəkar prinsipləri rəhbər tutaraq keçirilmiş və yalnız müasir medianın problemlərinə, inkişaf perspektivlərinə həsr olunmuş forumun nifrət nitqinə alət edilməsinin yolverilməz olduğunu bəyan edirik”, - deyə bəyanatda qeyd olunur.
Azərbaycan.- 2023.- 4 avqust.-
S. 9.